Page 169 - "Bildirçin və payız"
P. 169
Áèëäèð÷èí âÿ ïàéûç

yadında heç nә qalmadığını anladı, çünki gözü
yazılarda olsa da, fikri başqa yerdә gәzirdi. Keçәn bu
bir neçә il әrzindә öz “mәn”i ilә nә mövzularda söhbәt
elәmәmişdi! Əlbә ә, Qadәriyyә ona lazım olan qadın
deyildi. Digәr tәrәfdәn, ürәyindә Sәlvanın hәsrәtini
çәkirdi. Qәlbinin dәrinliklәrindә ona qarşı sevgidәn
әsәr-әlamәt qalmasa da, keçmiş nişanlısının xiffәti
Qadәriyyәyә soyuq münasibәtinin bir gizli sәbәbi idi.
Yaxşı ki, bu çaxır da varmış, yoxsa belә dözülmәz
hәyata tab gәtirmәk mümkün olmazdı. Çoxdandı ki,
heç nә vecinә deyildi, hәr şeyә barmaqarası baxırdı,
Qadәriyyәnin sәhәr-axşam danlaqlarına da әhәmiyyәt
vermirdi. Arvadı onun aldığı pensiyanı qәpiyinә kimi
özünә xәrclәmәsindәn, evin bütün xәrclәrinin
yükünün isә, onun çiyninә düşmәsindәn gileylәnirdi.
Hә a bir dәfә cәhd etmişdi ki, әrinin bankdakı pulla-
rını әlә keçirsin.

Lakin günlәrin bir günü İsa Qadәriyyәnin görün-
düyü qәdәr dә sadәlövh olmadığını, bu dünyada
mәtbәx vә kunafadan1 başqa onu nәsә maraqlandır-
dığını anladı.

– İsa, sәn axır vaxtlar evdә az-az olursan, hәr gün
sәni fikirli, qәmgin görürәm. Bilsәydin necә narahat
oluram...

İsa çiyinlәrini çәkib sakitcә dedi:
– Nә danışırsan?! Mәn özümü çox yaxşı hiss elәyi-
rәm, narahat olma!
– Amma yenә dә, yәqin ki, ev sahibini narahat
edәcәk sәbәblәr var. Mәsәlәn, deyәk ki, o, cavandır vә
sağlamlığı da yerindәdir, ancaq işsizdir.

1şirniyyat növü (tərc.)

169
   164   165   166   167   168   169   170   171   172   173   174