Page 155 - "Bildirçin və payız"
P. 155
Áèëäèð÷èí âÿ ïàéûç

Bütün bunlara baxmayaraq, Qadәriyyә sözün hәr
mәnasında yaxşı qadın idi: qayğıkeş, mehriban,
ailәcanlı, alovlu hisslәrә sahib birisiydi; İsanın nәdәnsә
şikayәt elәmәyә haqqı çatmazdı. Lakin hәr şeyin çoxu
zәrәrdir deyirlәr. Qadәriyyәnin dә hәdsiz qayğıkeşliyi
vә mehriban münasibәti İsanı bezdirmәyә başlamışdı.
Bәlkә, uşağı olmadığından, bütün sevgisini әrinә hәsr
edirdi? İsa onun hәrdәn balaca uşaqlara necә qәmli
gözlәrlә, eyni zamanda hәsәdlә baxdığının dәfәlәrlә
şahidi olmuşdu. “Maraqlıdır, görәn bu başda hansı
gizli xәzinә yerlәşir? – İsa bәzәn düşünürdü. – Görәn,
mәnim vaxtilә işdәn qovulmağım vә hәr şeyimi
itirmәyim onu heç narahat elәyir?”

Arada Sәlva yadına düşürdü. Hәmin anda
ürәyindә qaysaq bağlamış yaralar yenidәn göynәyirdi.
Bir dәfә isә Riri gözlәri önünә gәldi. Onunla aralarında
olanlar yadına düşәndә isә üzünü hamıdan
gizlәtmәyә çalışırdı, çünki üz-gözünün turşuduğunu
özü belә görmәk istәmirdi.

Amma “hәr gözәlin bir dövranı var” deyirlәr. Vaxt
vardı, sәhәr tezdәn nazirliyә şevroledә gәlәr, qapıçı da
iltifatla giriş qapısını açardı. Bir dәfә isә parlament
seçkilәrindә namizәdliyini irәli sürmәk istәmişdi,
versәydi yüz faiz keçәrdi, baş nazir özü bir az
gözlәmәyi mәslәhәt görmüşdü...

Süveyş kanalının millilәşdirilmәsi xәbәri1 onun üçün
gözlәnilmәz oldu. Şәxsi hәyatı yaddan çıxdı, kefi açıldı,
köhnә vaxtlarda olduğu kimi, işlәmәk üçün alışıb-

1Süveyş kanalının milliləşdirilməsi haqqında dekret 26 iyul 1956-cı ildə verildi
(tərc.).

155
   150   151   152   153   154   155   156   157   158   159   160