Page 157 - "Bildirçin və payız"
P. 157
Áèëäèð÷èí âÿ ïàéûç

İsa bir qәdәr susduqdan sonra diplomatik cavab
vermәk qәrarına gәldi:

– Əlbә ә. Hәm dә çox... Amma bilirsәn necәdir,
Samir?! Mәnә elә gәlir ki, adamın işi-gücü, nә bilim e-
e, uşağı olmayınca ailә hәyatı onu tam mәmnun edә
bilmәz.

Hadisәlәr isә bir-birini әvәz etmәkdә idi. İsrail
qoşunları Sinay yarımadasına soxulmuşdu.1 Hәmin
sәhәr hәr tәzә xәbәr onun üzünә şillә kimi dәyirdi. Ra-
dioya yaxın oturub verilәn xәbәrlәrdә bir sözü belә
buraxmayıb, onlara diqqәtlә qulaq asırdı. Ölkәnin
taleyi hәll olunduğu bir vaxtda o, hәm hadisәlәrә, hәm
dә elә özünә fәrqli yöndәn baxmağa cәhd edirdi.
Köhnә Misirin patriotu olan İsadan әsәr-әlamәt
qalmamışdı. Sakitlәşmәyә vә vәziyyәti ayıq başla
qiymәtlәndirmәyә, iradә gücünә ziddiyyәtli fikirlәri
beynindәn qovmağa çalışırdı.

Başını qaldırıb Qadәriyyәyә baxdı: gündәlik
qayğılara başı qarışan arvadı әrini narahat edәn hәr
şeyә biganә yanaşırdı.

– Yenә müharibә, yenә hava hücumları, hә? – isteh-
za ilә dedi.

İsa adәtәn bu kinayәli danışığa vә davranışa
әhәmiyyәt vermir, bunları Qadәriyyәnin onun fikrini
dağıtmaq üsulu kimi qәbul edirdi. Bu dәfә dә İsaya elә
gәldi ki, arvadı sadәcә onun könlünü açmaq istәyir.

– Mәtbәx sәnin bütün hәyatını zәbt edib. Necә
fikirlәşirsәn, hamı sәnә oxşasaydı, dünyanın halı nә
tәhәr olardı?

11956-cı ilin oktyabr ayının 29-dan 30-na keçən gecə baş vermişdi (tərc.).

157
   152   153   154   155   156   157   158   159   160   161   162