Page 153 - "Bildirçin və payız"
P. 153
Áèëäèð÷èí âÿ ïàéûç
22
İsayla qadınlar arasında yaxşı münasibәt
yaranmışdı. O, lap әvvәldәn özünü kişiyә xas şәkildә
apararaq, İnayәt xanımın evinә köçmәkdәn imtina
elәdi. Qadın da yaxşı başa düşürdü ki, kürәkәnin qız
evinә yerlәşmәsi ondan birbaşa asılılığı demәkdir.
Üçlükdә qәrara gәldilәr ki, gәnclәr İsanın inqilabdan
öncә yaşadığı Qahirә mәhәllәsindә qalsınlar.
İsa İnayәt xanıma açıq şәkildә bәyan etdi ki, bütün
mal-mülk, var-dövlәt indidәn bölünmәlidir.
– Yalnız bu halda hamı rahat yaşaya bilәr, – o,
qayınanasını inandırmağa çalışırdı. – Ancaq belә olan
halda sizә sәmimi qәlbdәn uzun ömür, can-sağlığı
arzulayacağımıza әmin ola bilәrsiniz.
Onun çox israrlı olduğunu görәn İnayәt xanım,
nәhayәt, razılaşdı. Əldә etdiyi qәlәbәdәn yerә-göyә
sığmayan İsa bir anlıq fikirlәşdi: “Dәrinә getsәk, bun-
lar inqilabdan sonra itirdiklәrimin yanında heç nәdir”.
Bal ayını İnayәt xanımın dәniz kәnarındakı bağın-
da keçirmәk qәrara alındı. Yaxından Nil çayı keçirdi.
İsa bura lap valeh olmuşdu: şәhәrdәki sәliqә-sahmanla
kәndin özünәmәxsus gözәlliyi sanki burada bir araya
gәlirdi. Ətrafda hökm sürәn ölü sükut ona lәzzәt
elәyirdi. Quru vә tәmiz hava adamı lap meyxoş edirdi.
Kurortda dostlarından, tanış-bilişdәn heç kimә rast
gәlmәdi. İsa bütün gününü ailәsinә hәsr edirdi. Ailә
hәyatının necә gözәl bir nemәt olduğunu qәbul etmәsi
onun özü üçün dә gözlәnilmәz bir hadisә idi. Ona elә
gәlirdi ki, çoxdan arzuladığı, lakin hәr zaman
yanından ötüb-keçdiyi xoşbәxtlik vә sakitliyi әldә
153