Page 149 - "Bildirçin və payız"
P. 149
Áèëäèð÷èí âÿ ïàéûç

qızı Qadәriyyә isә ailәli olub, lakin beş ildir ki, әrindәn
ayrılıb vә uşağı da yoxdur.

İsa ünvanı öyrәnib tez İnayәt xanıma baş çәkmәyә
getdi. İnayәt xanımın evindә sәmimi söhbәtdәn sonra
hәr şey barәdә razılığa gәldilәr. Mәrhum ailә baş-
çısının divardan asılmış portretini görәn İsa söhbәt
әsnasında gülәrüzlә dedi:

– Yeri gәlmişkәn, mәn sizin hәyat yoldaşınızı
tanıyırdım. Vaxtilә o, mәni işә qәbul etmişdi. Xeyir-
xahlığı, vәtәnpәrvәrliyi ilә onun hamı arasında hör-
mәti vardı.

İsanın mәrhumla bağlı dediyi xoş sözlәr ana vә
qızda qarşılarındakı şәxs barәdә müsbәt tәәssürat
oyatdı. İnayәt xanım qonaqdan bir az da qalmağı xahiş
etdi. Xidmәtçi çay vә şirniyyat gәtirdi, söhbәt bir az da
uzandı. Qadın artıq onda yaranmış tәәssüratı dilә
gәtirmәyә başlamışdı, әrini belә yaxından tanıyan
birisi ilә oturub söhbәt elәmәyin ona xoş olduğunu,
hәmin adamı öz evindә qәbul etmәkdәn böyük şәrәf
duyduğunu bildirdi. Qadәriyyә isә, kresloda oturub
qonağı sınayıcı nәzәrlәrlә kәnardan süzürdü.

– Hә... – İnayәt xanım dedi, – Sәad Zağlulun özü
dә әrimә çox yüksәk dәyәr verirdi. Yaxşı yadımdadır,
24-cü ildә o, әrimi şәxsәn Daxili İşlәr Nazirliyinә
keçirdi... Sonuncu çevriliş vaxtı onun nә qәdәr
hәyәcan keçirdiyini tәsәvvür belә edә bilmәzsiniz...

Bir az susduqdan sonra davam etdi:
– Qadәriyyәnin ailә qurmağının qәti әleyhinә idi,
amma mәn israr edirdim. Ona görә, qızımın bәdbәxt-
liyindә bircә mәn günahkaram.

149
   144   145   146   147   148   149   150   151   152   153   154