Page 145 - "Bildirçin və payız"
P. 145
Áèëäèð÷èí âÿ ïàéûç

– Keçәn ay...
İsa stula yayxanıb gözlәrini çoxdandır tәmizlәn-
mәyәn, kir basmış vә bәzi yerlәrindә çatlar görünәn
tavana zillәdi.

19
İsti iyun axşamlarından birindә dostlar uzun
fasilәdәn sonra kafedә yenidәn bir araya gәldilәr. Ve-
randada yüngül, sәrin meh әsirdi.
Görüş çox cansıxıcı keçirdi, danışmağa mövzu yox
idi, siyasi söhbәtlәr isә daha maraqlı deyildi. Hәr kәs
öz vәziyyәtindәn narazılıq edirdi, baxmayaraq ki,
dostlardan ikisi heç dә pis yaşamırdı – Abbas yeni
hökumәtdә mәsul vәzifә tuturdu, İbrahim isә vәkil ol-
maqla yanaşı, inqilab haqqında yazılan әn maraqlı
kitabın müәllifi kimi tanınırdı.
– Nәsә mәnә çatmır, – İsa İbrahim vә Abbasa
üzünü tutub soruşdu: – sәn böyük yazıçısan, sәn dә ki
tanınmış mәmur, sizin nәyiniz çatmır?
Abbas kösöv kimi işıldayan gözlәrini bәrәldib gur
natiq sәsi ilә etiraz etdi:
– Düzünә qalsa, deyәrdim ki, vәziyyәtim elә dә pis
deyil, amma ümumilikdә ölkәdә qeyri-sabitlikdir...
– Bilirsiniz necәdir, – İbrahim dostunun sözünә
dәstәk verdi, – indiki vaxtda hansı postu tutmağından
asılı olmayaraq insanın heç bir dәyәri qalmayıb...
Sonra da İsaya tәrәf çönüb onun çiyninә әli ilә
toxundu:
– Bәs sәn niyә özün barәdә bir şey danışmırsan?
Sәndә necәdir vәziyyәt, elә köhnә hamam, köhnә tas?

145
   140   141   142   143   144   145   146   147   148   149   150