Page 141 - "Bildirçin və payız"
P. 141
Áèëäèð÷èí âÿ ïàéûç

O, hәlә uzun müddәt karıxmış halda yerindәn
tәrpәnmәdi. Nәhayәt, yağışın kәsdiyini gördü. Açıq
sәmada parıldamağa başlayan günәş, yağış sularının
yuduğu torpağa öz şüalarını salırdı. İsa ayağa qalxıb
paltosunu geyindi vә arxasına baxmadan birbaş
kafedәn çölә çıxdı.

Evinә gecәdәn xeyli keçmiş qayıtdı. Burada onu
qohumlarından gәlәn teleqram gözlәyirdi. Tele-
qramda anasının vәfat etdiyi bildirilirdi.

18
Dәfn sonrakı günә tәyin olunmuşdu. İsa mәrasimin
başlanğıcına güclә çata bildi. Mәrhumәni son mәnzilә
yola salmağa gәlәn qohumlar arasında Hәsәn dә
vardı. O, dәfnә bahalı mersedesindә gәlmişdi ki, bu da
İsanı lap heyrәtlәndirdi. Bütün görünüşü vә davranışı
hәyatın onun üzünә necә güldüyündәn xәbәr verirdi;
üzdәn daha gәnc oğlana deyil, oturuşmuş kişiyә
bәnzәyirdi, boyu da elә bil bir az artmışdı,
baxışlarından özünәәminlik duyulurdu, sakit görkәmi
vardı. Qohumlar әl verib görüşdülәr. İsanı başdan-
ayağa diqqәtlә süzәn Hәsәn dedi:
– Elә bilirdim hәr şey yoluna düşüb. Ancaq
görkәmindәn bunu demәk olmaz.
– Yәqin, İsgәndәriyyәnin havası mәnә düşmәyib, –
İsa cavab verdi. Bu an kino lentinin sürәtlә fırlanması
ilә bir-birini әvәz edәn vә bu şәhәrdә üzlәşdiyi
fәlakәtlәri, çәkdiyi qәm-kәdәri ehtiva edәn sәhnәlәr
gözlәri önündәn gәlib keçdi.

141
   136   137   138   139   140   141   142   143   144   145   146