Page 137 - "Bildirçin və payız"
P. 137
Áèëäèð÷èí âÿ ïàéûç

yәcәklәr. Düşmәnlәri imkanı әldәn vermәyib onun
dostlarının, partiya yoldaşlarının adını lәkәlәyәcәk,
onları gözdәn salmaq üçün hәr cür kirli vasitәyә әl at-
acaq, qara piyara başlayacaqlar.

Hәyәcan vә narahatlıq bir an belә onu rahat
buraxmırdı. Günlәr bir-birini әvәz edir, lakin şübhәlәri
özünü doğrultmurdu ki, doğrultmurdu. Riridәn
xәbәr-әtәr yoxuydu. Hәrdәn xәtәrin sovuşduğunu
zәnn etsә dә, tam sakitlәşmәyә müyәssәr ola bilmirdi.
Tәklik dә bir tәrәfdәn, artıq hәr ötәn gün deyil, ötәn
saat onu sıxır, hәyatı onun üçün dözülmәz edirdi.
Bәzәn baş götürüb uzaqlara qaçmaq, insanlardan ayrı
qalmaq, bәşәr ayağının bu günә kimi dәymәdiyi, yaşıl
otlaqlara bürünmüş dağlarda qayğılardan uzaq bir
hәyat sürmәk istәyirdi. İsa bir çox sәbәblәrdәn
Qahirәyә qayıtmalı olduğuna öz-özlüyündә әmin idi,
ancaq hansısa qüvvә onu İsgәndәriyyәdә tutub
saxlayırdı. Ən çox xoşuna gәlәn yer şәhәrin daim
insan axını müşahidә olunan mәrkәzi meydanı idi. Bu-
rada qarşılaşdığın bir-birindәn gözәl xanımlar göz
oxşayan dәbli paltarlar geyinmәklә, sanki bәhsә
girmişdilәr. Bir dayanacaqda durub kәnardan
müşahidә aparsan, hәr gәlәn tramvaydan nә qәdәr
gözәl xanımın düşdüyünün şahidi olarsan. Nә qәdәr
şişirdilmiş sәslәnsә dә, diqqәtlә qulaq asdıqda onların
hündürdaban ayaqqabılarının çıxardığı sәslәr şәhәrin
küçәlәrini bürüyәn qarışıq sәslәrlә bir ahәng
yaradırdı. Odur bax, hansısa polis zabiti yerindә qu-
ruyub qalıb, ağzının suyunu axıda-axıda yanından
ötüb-keçәn cananlara baxır, daha doğrusu, baxmır, az

137
   132   133   134   135   136   137   138   139   140   141   142