Page 135 - "Bildirçin və payız"
P. 135
Áèëäèð÷èí âÿ ïàéûç

Görәsәn, nә baş verirdi? İsanın ehtimallarına görә, Riri
indi hәyatından razı olmalıydı: yaşamağa evi var idi,
qarnı da ki, toxuydu, yәni arzulayıb, lakin әldә
etmәdiyi şeylәrә indi sahib idi. Bәlkә xәstәlәnib elәyib?
Amma soyuqdәymәnin әlamәtlәri görünmürdü. İndi
rolları dәyişmişdi, bu dәfә o, Riridәn tәkrar-tәkrar, is-
rarla soruşurdu:

– Nә olub sәnә? Əvvәllәr belә olmusan?
Cavab vermәyәn Riri ona zillәnmiş baxışlardan
yayınmağa çalışırdı. Əksәr hallarda ayaq üstә dayana
bilmәdiyindәn, uzanırdı. İsa isә narahat olmağa
başladığından onu gözdәn qoymamağı qәrara almışdı.
– Hәkim çağırmaq lazımdır.
– Yox, lazım deyil. Sadәcә bir az nasazlamışam.
Yәqin, havadakı rütubәtdәndir?! Keçib gedәr...
Bunu dediyi anda gözlәri yaşla dolar, çarәsiz
uşaqlar tәk İsanın sifәtinә baxardı. Bu baxışlardan İsa
da tәlaşa düşürdü.
– Hә, düz deyirsәn. Yәqin, havadandır...
Bir dәfә Riri heç nә demәdәn әlini qarnının üstünә
qoyub gözlәrini yumdu. İsanın ürәyi bәrk çırpınmağa
başladı, yumruq boyda әt parçası az qaldı ki, yerindәn
çıxsın. Buna bәnzәr hal әvvәllәr dә, xüsusilә, ciddi
tәhlükә ilә üz-üzә qaldıqda yaşamışdı. Deyәsәn,
Ririnin mәkrli oyununu başa düşmüşdü.
– Ay sәni әfi ilan! Budu sәnә elәdiyim yaxşılığın
әvәzi? Daha sözüm yoxdur.
– Hardan bilәydim ki, belә olacaq, – Riri hıçqıraraq
ağladı.
– Özünü yalandan sadәlövh göstәrirdin, it cinsi!

135
   130   131   132   133   134   135   136   137   138   139   140