Page 131 - "Bildirçin və payız"
P. 131
Áèëäèð÷èí âÿ ïàéûç

Lakin üstündәn bir neçә ay keçmәmiş o, qızı atıb, çıxıb
gedir. Yad şәhәrdә tәk-tәnha qalan Riri dә bu acı
hәyatı seçmәyә mәcbur qalır.

– Uşaq olsan da, yaman bicsәn, – İsa gülümsәyәrәk
dedi.

Riri dә lovğalanmağa başladı:
– Azarita rayonunda bir yaşlı cәnab mәnә vuruldu.
Xadimә kimi evindә mәnә iş verdi, hәr halda bu,
görüntü xatirinә idi. Yaşlı arvadı yataq xәstәsiydi.
– Ancaq sәn kafe sahibәsi kimi, әlinә düşәn
fürsәtdәn elә dә istifadә elәyә bilmәmisәn, hә?
– Mәnә heç nә lazım deyil. Özümә bir arxa
axtarıram, vәssalam, – sadәlövhlüklә cavab verdi.
İsa bәrkdәn gülәrәk öz-özünә düşündü ki, gәrәk
insan qarşısına çıxanla qane olsun, çünki göründüyü
kimi, dünyada ondan da pis vәziyyәtdә olan, ondan
da bәdbәxt, hәyatı mәhv olmuş insanlar var.
– Gәlәcәkdә bu hәyatdan gözlәntilәrin nәdir?
Riri qaşlarını yuxarı qaldırıb dodaqaltı mızıldandı:
– Nә bilim... Allah böyükdür.
– Belә başa düşürәm ki, Allaha çox inanırsan?! –
Riri sadәcә gülümsәyib, susmağa üstünlük verdi. – İsa
davam elәdi. –Amma özün bir dәfә etiraf etdin ki,
insan cildinә girmiş şeytansan.
Riri qәşş elәyib güldü.
– Deyirәm, bәlkә yataq? Boş söhbәtlәr elәyib baş
yormaqdansa, yatmaq daha faydalıdır, mәncә, – Riri
qımışaraq ikibaşlı dillәndi.
İsa tәdricәn Ririyә alışdı; qәribә dә olsa, ona yad
olan bu adama artıq etibar elәmәyә başlamışdı, hә a
gün-gündәn onunla özü arasında yeni-yeni oxşar

131
   126   127   128   129   130   131   132   133   134   135   136