Page 127 - "Bildirçin və payız"
P. 127
Áèëäèð÷èí âÿ ïàéûç

16
Riri istәdiyinә çatdı, İsa ona evindә qalmağa icazә
verdi, lakin elә şәrti şumda kәsdi ki, xırmanda davaları
düşmәsin: o, müstәqil insandır, istәsә, hәr gecә evә lap
başqa qadın da gәtirә bilәr, Riri heç bir şeyә müdaxilә
elәyә bilmәz. Riri dә öz növbәsindә hәr şeyә canla-
başla razı oldu. İsa etiraf etmәliydi ki, Ririnin gәlişi ilә
evdә çox şey dәyişdi. Sanki bu qadın isti nәfәsi ilә
onun boş vә soyuq mәnzilini qızdırmağa başlamışdı.
Divarlar da artıq adamın üzünә gülürdü.
Riri İsanın ona aldığı paltarda çox qәşәng
görünürdü. Özünә daim әl gәzdirmәyi xoşlayır, necә
deyәrlәr, yaxşı qalmağa çalışır, bütün görkәmi ilә dә
İsanın hәr bir arzusunu yerinә yetirmәyә hazır
olduğunu göstәrirdi. Vәzifәsinin öhdәsindәn
mәharәtlә gәlirdi. Düzdür, bu vәzifә xadimәdәn
yuxarı idi, lakin ev xanımı olmaqdan da çox uzaq
görünürdü. İsaya yük olmamağa çalışırdı. Bir yerdә
yeyib-içir, bir yerdә dә çәkirdilәr. Riri başqa heç nә
tәlәb etmirdi. Heç İsa da buna şәrait yaratmırdı –
qadının ürәyinә yatacaq bir dәnә dә olsun söz demir,
onun könlünü oxşamaq istәmir, ona üz vermirdi.
– Mәn hamı haqqında pis fikirlәşirәm, – bir dәfә
necә oldusa, İsa ona etiraf etdi. – Amma әvvәl belә
deyildim. Sәnin barәndә dә mәnfi şeylәr düşünmәk
istәmәzdim.
Nәhayәt, qış da gәldi, gecәlәr uzanmağa başladı.
Belә vaxtlarda İsa qәtiyyәn evdәn bayıra çıxmaq
istәmir, bir küncdә oturub saatlarla kitab oxumağa
girişir, bәzәn isә soyuq gecәlәri Riri ilә baş-başa verib

127
   122   123   124   125   126   127   128   129   130   131   132