Page 129 - "Bildirçin və payız"
P. 129
Áèëäèð÷èí âÿ ïàéûç

bunun yalnız qismәtә bağlılığını sübuta yetirmәk üçün
әhvalatın birini qoyub, o birisini danışırdı.

– Onda sәn gәrәk mәnimlә yox, bir prodüser, ya ki-
norejissorla yaşayasan, – deyә İsa zarafat elәdi.

...Qış gecәlәri uzun olur. Belә gecәlәrdә o, sәhәrә
kimi yuxusuz qaldığından, oturub Riri ilә poker
oynayırdı. Pokeri dә ona Riri öyrәtmişdi. Pulnan
oynayırdılar. Riri İsadan xeyli pul qoparmağı
bacarmışdı. Cibindәki pullar hamısı udduqları idi, bu
pulları da ki, uzun müddәtә yığıb saxlaya bilmir,
xәrclәyirdi.

Bir dәfә İsanın beyninә bir fikir gәldi: siyasәtdәn
söhbәt açdı. O siyasәtdәn ki, onu göyün yeddinci
qatına qaldırıb, sonra yerin dibinә endirmiş, bütün
qazandıqlarını әlindәn almışdı. İndi o siyasәtçidәn bir
quru cәsәd qalmışdı. Maraqlandı, görsün, baş verәn
hadisәlәr barәdә o nә bilir? Bir neçә dövlәt adamının,
siyasәtçinin adını çәkmәsini istәdi. Riri isә cavabında,
ancaq çiyinlәrini çәkdi.

Doğrudan, qәribәdir! Yәni bu dünyada siyasәtlә
qәtiyyәn maraqlanmayan adamlar da varmış!

– Konstitusiya barәdә nә bilirsәn? – açıq-aşkar is-
tehza ilә soruşdu. – Riri gözlәrini döydüyündәn, İsa
ikinci sualı verdi: – Bәs Misirin müstәqilliyi barәdә nә
fikirlәşirsәn?

Ririnin gözlәri yenә heç nә ifadә etmәdi. Əslindә,
bunda qәribә bir şey yox idi, çünki verilәn suallar
onun anlayacağı mövzuları әhatә etmirdi. Buna bax-
mayaraq, İsa verdiyi son suala aydınlıq gәtirmәyә
çalışdı:

129
   124   125   126   127   128   129   130   131   132   133   134