Page 133 - "Bildirçin və payız"
P. 133
Áèëäèð÷èí âÿ ïàéûç

– Sәn?... Ola bilmәz. Yәqin ki, burda bir sirr var!
– Sirr-filan yoxdur. Hәr şeyimiz ortadadır.
– Heç olmasa, de görüm niyә bu hala düşmüsәn?
Başına nә iş gәlib?
– Onda icazә ver, mәn dә eyni sualı sәnә verim...
– Sәndәn fәrqli olaraq, mәnim hәyatım öz әlimdә
deyil.
– Guya mәnimki öz әlimdәdir, – İsa gülümsündü.
“Yaz gәlәn kimi, onsuz da, hәrә öz yolu ilә
gedәcәk”, – deyә öz-özünә fikirlәşdi.
– Mәn heç yerә gedәn deyilәm, – sanki onun bu
fikirlәrini oxuyan Riri hәyәcanla dillәndi. – Eşitdin?
Heç yerә! Mәni qovsan belә...
“Sırtıq qızcığaz! Lәnәtә gәlsin, sәnin hәssaslığın!
Amma digәr tәrәfdәn hisslәrin sәmimidir”, – yenә
fikrә daldı.
Ririnin ona olan sevgisindәn ikrah duyurdu. Bu,
bәlkә dә, qadının seçdiyi hәyatla bağlı idi. İsaya görә,
gecә hәyatı yaşayan birisi bu hisslәrdәn mütlәq
mәhrum olmalıydı. Riri öz sevgisi barәdә söhbәtә
başlayan kimi, İsanın üz-gözü turşuyurdu. İndi dә
qadın yenә eyni mövzuya müraciәt elәyәn kimi, İsa
başını qatmaq üçün radionu açdı. Çevirdiyi dalğada
iqtisadi mәsәlәlәr әtrafında debat gedirdi. Diktor
verilişdә iştirak edәn iqtisadçıların adlarını
sadalayarkәn sonuncu Hәsәn Əli әd-Dibağ adını
çәkdi. Cәld radionu söndürdü.
– Yenә nә oldu?
– Bayaq dedim axı sәnә, mahnılarına qulaq as!... –
İsa kobud şәkildә cavab verdi.

133
   128   129   130   131   132   133   134   135   136   137   138