Page 143 - "Bildirçin və payız"
P. 143
Áèëäèð÷èí âÿ ïàéûç

alınmırdı. Dostlar Hәsәnin yanında siyasәtdәn söhbәt
salmamağa çalışsalar da, axırda son illәrin hadisәlәrini
– kralın devrilmәsini, feodal-üsul idarәsinin lәğvini,
ingilis qoşunlarının tәxliyәsini yada saldılar1. Xüsusilә
dә qoşunların çıxarılması – misirlilәrin köhnә istәklәri
barәdә çox danışdılar. İsa müzakirәdә demәk olar,
iştirak etmir, zalda oxunan Qurana qulaq asırdı.
Birdәn ona çatdı ki, qulağı qarının avazlı sәsindә olsa
da, fikri ingilis işğalının başa çatması barәdә
danışılanlardadır. Hәmin günlәr o, radioda bu möv-
zuda sәslәndirilәn bütün xәbәrlәri necә hәyәcanla
dinlәyirdi! Axır ki, әn böyük istәyi hәyata keçmişdi.
Amma eyni vaxtda dәrin tәәssüf hissi keçirirdi ki, belә
bir möhtәşәm qәlәbә onun vә üzvü olduğu partiya-
sının iştirakı olmadan әldә edilmişdi. Özünü saxlaya
bilmәyib axır ki, müdaxilә elәdi:

– Necә istәyirsiniz, elә dә düşünün, ancaq in-
gilislәrin ayağının burdan birdәfәlik kәsilmәsi bizim
keçmişdәki mübarizәmiz olmadan mümkün deyildi.

Bir anda ortaya sükut çökdü. Hәsәn nәsә etiraz
elәmәk istәdi, ancaq İbrahim ona aman vermәdi:

– Keçmişdәki mübarizәnin nә dәyәri vardı ki?!
Nәticәsiz bir şeydi. Yalnız sonuncu inqilab bir zәrbә
ilә bütün problemlәri yoluna qoydu...

Söhbәt uzun çәkdi. Nәhayәt, hamı getmәyә
hazırlaşanda Hәsәn dә ayağa qalxdı. İsa onu ötürmәyә
getdi. Qapıya çatanda Hәsәn çönüb dostyana dedi:

– İsgәndәriyyәyә getmәyin yanlış addım idi.
Baxışlarını dәyişmәlisәn. – İsa sadәcә gülümsәdi. –

1İngilis qoşunları Misirdən 1956-cı il 18 iyun tarixində çıxarıldı (tərc.).

143
   138   139   140   141   142   143   144   145   146   147   148