Page 147 - "Bildirçin və payız"
P. 147
Áèëäèð÷èí âÿ ïàéûç

Yanındakı qızı idi. Ortaboylu, qırx yaşındakı bu xanım
qabaritlәrinin böyüklüyü vә laqeyd gözlәri ilә diqqәt
çәkirdi.

İsa onları otaqbaotaq gәzdirib suallara cavab
vermәklә mәşğul oldu. Hәyәtә dә baxdıqdan sonra
alıcıları qonaq otağına dәvәt etdi, burada onlara
әnәnәvi qәhvә tәklif olundu. Dәllal da burdaydı.
Onun qıyıq gözlәri elә ora-bura baxırdı.

– Torpaq sahәsi çox böyükdür, – dәllal dil ağıza
qoymurdu. – Burda küçәyә, eyni zamanda meydana
baxan hündür bir bina ucaltmaq olar. Yer çox
uğurludur, genişdir. Bütün mәhәllәdә yeni-yeni evlәr
tikilmәkdәdir. Özünüz gördünüz dә, tәzәliklә beş
dәnә ev yan-yana eyni vaxtda tikilib qurtardı. Bu evin
dә ki, qiymәti münasibdir...

– Ancaq ev köhnәdir, yaşamağa da yararlı deyil, –
yaşda kiçik olan xanım bu sahәnin bilicisi kimi
dillәndi, tәbii ki, niyyәti ev sahibinin diqqәtini çәkmәk
idi.

– Elәdir, әlbә ә, – İsa cavab verdi, – lakin mәsәlә
tәk evlik deyil, ona aid torpaq sahәsi dә böyükdür.
Çox gözәl әrazidir, münasib dә qiymәtә verilir. Xanım,
özünüz hәr şeyi hәr halda mәndәn dә yaxşı
görürsünüz.

– Gәlәcәkdә, – dәllal söhbәtә qoşuldu, – torpağın
qiymәti bir az da qalxacaq. Unutmayın, mәhәllәnin
perspektivi böyükdür, burda nә qәdәr tanınmış adam
yaşayır, şәhәrin әsas yolları burdan keçir.

Qızı әrazinin ümumi sahәsi ilә maraqlandı.
Danışarkәn sәsindә hәyәcan hiss olunurdu. İsada

147
   142   143   144   145   146   147   148   149   150   151   152