Page 39 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 39
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

kәnarda qaldığı heç bir boru kәmәr layihәsini dәstәklәmә-
mәlidir.

Maliyyә çәtinliklәri ilә yanaşı, “Bakı-Tiflis-Ceyhan”
layihәsi ekoloji problemlәrlә dә qarşılaşmışdı. Boru kәmәrinin
çәkilişi ekoloqların tәnqidinә mәruz qalmışdı. Belә ki,
kәmәr Gürcüstan milli iqtisadiyyatının mәhdud sayda per-
spektivli sahәlәrindәn sayılan turizmdә mühüm rol oynayan
mineral su yataqları ilә zәngin Borjomi rayonundan keçirdi.
Beynәlxalq Maliyyә Korporasiyası (İFC) әmәkdaşının
dediyinә görә, layihәyә dәstәk verәn Böyük Britaniyanın
“BP”, İtaliyanın “ENİ”, Norveçin “Statoil”, ABŞ-ın “UNO-
CAL” vә Fransanın “TOTAL” şirkәtlәri tәrәfindәn görülәn
profilaktik tәdbirlәr qeyri-adi olmaqla yanaşı, Xәzәr
akvatoriyası üçün istәnilәn tәhlükәni dә aradan qaldıracaqdı.1
Bundan әlavә, Azәrbaycan, Türkiyә vә Gürcüstan
hökumәtlәri boru kәmәrinin tikinti vә istismarının beynәlxalq
ekoloji standartlara vә insan haqlarına uyğun olacağı barәdә
birgә bәyannamә dә imzaladılar.2 Bununla belә, bәzilәri
layihә ilә bağlı qәrarların Türkiyәnin cәnub-şәrqindә yaşayan
yerli әhali ilә razılaşdırılmamasından narahat idilәr.3

Layihәyә әn böyük maneәlәrdәn biri dә “Bakı-Tiflis-
Ceyhan” boru kәmәrinin neftlә tәmin edilmәsi üçün qeyd
olunan әrazidә kifayәt qәdәr qara qızıl ehtiyatının olub-
olmaması ilә bağlı sual idi. Bәzi ekspertlәr proqnozun
düzgün olmayacağını iddia edirdi. Boru kәmәrindәn ilkin
olaraq sutka әrzindә 1 mln. barel hәcmindә neftin nәqli
nәzәrdә tutulurdu. Belә ki, ixrac hәcminin yüksәk olması
layihәnin maya dәyәrini göstәrmәli idi. Lakin iri diametrli
boruların doldurulması üçün lazımi miqdarda neftin

1 Emad Mekay, 'Development: Georgia Oil Pipeline Hurting Local Investment-
Group', Global Information Network, October 3, 2003, 1.
2 Antoine Blua, 'Caucasus: Rights Groups Increasingly Critical of Baku- Tbilisi- Cey-
han Pipeline', February 6, 2003 in
http://www.rferl.org.features/2003/06/020620031631015.asp
3 Milliyet, February 2, 2004, 3.

39
   34   35   36   37   38   39   40   41   42   43   44