Page 35 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 35
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

ölkәlәrinin iqtisadiyyatı üzәrindә İranın tәsir dairәsinin
güclәnmәsinin qarşısını almaq idi. Jan Kristof Pek: “ABŞ-ın
İrana qarşı siyasәtinin arxasında İsrail üçün potensial hәrbi
tәhlükә mәnbәyi vә Yaxın Şәrqin neft bazarında Türkiyә ilә rәqib
olacaq bu müsәlman ölkәsinin regional gücә çevrilmәsinin qarşısını
almaq mәqsәdi durur”.1

Klassik Buzan2 nәzәriyyәsinә görә, münasibәtlәrә
aydınlıq gәtirilmәsindә “aktyorlar” üçün әn başlıca vasitә
regiondur. Başqa sözlә, tәhlükәsizlik problemlәri vә bu
barәdә tәsәvvürlәri bir-biri ilә bağlı olan ölkәlәr milli
tәhlükәsizlik mәsәlәlәrini müstәqil şәkildә vә tam dәqiqliyi
ilә hәll edә bilmәzlәr. Regional dövlәtlәr arasında klassik
tәhlükәsizlik tәsәvvürü yalnız onlar arasında әlaqәlәrin
xarakterini deyil, kәnardan hәr hansı bir gücün regiona
soxulma sәbәblәrini dә nәzәrdә tutur.3 Qeyd olunan hal
daha çox Azәrbaycan vә İran arasındakı vaxtaşırı yaranan
ziddiyyәtlәrә sübutdur.

Qәrb şirkәtlәri ilә biznes әlaqәlәri qurmağın prioritet
mәsәlә kimi qarşıya qoyulması vә Azәrbaycan Beynәlxalq
Əmәliyyat Şirkәtinin (ABƏŞ)4 bağladığı müqavilәlәrә xeyir-
dua verilmәsi Azәrbaycanı İranla qarşı-qarşıya qoymuşdur.
Sonuncu, xüsusilә dә, hal-hazırki dövrdә regiona Qәrb
dövlәtlәrinin sәrmayә yatırmasına qarşı çıxış edir.1 Bundan

1 Jean - Cristophe Peuch, 'Private and National Interets in the Caspian Region', in
The Politics of Caspian Oil. Edited by Bülent Gökay. Palgrave Publishers, London,
2001,176.
2 Barri Buzan – Beynәlxalq münasibәtlәr sahәsindә amerikalı ekspert
3 Barry Buzan, Ole Waever, Jaap de Wilde, Security A New Framework For Analy-
sis. London: 1998, 12.
4 1994-cü ilin axırlarında yaradılmışdır. “Xәzәrin Azәrbaycan sektorunda neft
yataqlarının müştәrәk işlәdilmәsi vә istifadәyә verilmәsi” haqqında Azәrbaycan
Respublikası Dövlәt Neft Şirkәti ilә dünyanın bir neçә böyük neft şirkәti arasında
imzalanmış müqavilәnin payçıları adından onun şәrtlәrini hәyata keçirmәk
mәqsәdilә yaradılmış әmәliyyat şirkәtidir. Bura 7 ölkәni (Böyük Britaniya, ABŞ,
Yaponiya, Norveç, Rusiya, Türkiyә vә Sәudiyyә Ərәbistanı) tәmsil edәn 11 iri neft
şirkәti daxildir
(http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Beyn%C9%99lxalq_%C6%8Fm
%C9%99liyyat_%C5%9Eirk%C9%99ti)

35
   30   31   32   33   34   35   36   37   38   39   40