Page 37 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 37
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
baxımdan, Azәrbaycan olduqca vacib müttәfiq sayılırdı.
Azәrbaycan neftinin Qәrb ölkәlәrinә daşınmasında
Türkiyәnin tranzit ölkә qismindә çıxış edәcәyi get-gedә
daha qabarıq şәkildә nәzәrә çarpırdı. Rәsmi Bakı da sürәtli
inkişafa malik Türkiyәnin idxala olan ehtiyacının 85%-inin1
enerji mәhsullarının payına düşmәsinin böyük әhәmiyyәt
kәsb etdiyini anladığından, gәlәcәkdә İranla deyil, mәhz
cәnub-qәrb qonşusu ilә әlaqәlәrini möhkәmlәndirmәyi
qarşıya mәqsәd qoydu.
Bundan әlavә, Türkiyәnin 2010-cu il üçün 40 mln. ton
neft vә 50 mln. kubmetr tәbii qaz tәlәbatı ehtimalını nәzәrә
alan rәsmi Ankara “Bakı-Tiflis-Ceyhan” boru kәmәrinә
Qәrbә “çıxış açarı” kimi baxırdı. Bununla Türkiyә hәm Qara
vә Egey dәnizlәrinin әtraf mühitini ekoloji baxımdan qorumalı,
hәm dә dar boğazlarla daşıma çәtinliyindәn xilas olmalı idi.
Söhbәt tәhlükәsizlik mәsәlәlәrindәn getdikdә, rәsmi Ankara
Bosfor boğazından keçәn Bakı-Supsa kәmәri ilә müqayisәdә
“Bakı-Tiflis-Ceyhan” boru kәmәrinin daha böyük mәsrәflә
başa gәlmәsi haqqında deyilәn fikirlәrә qarşı çıxır.
Mәsәlә bu marşrutun ticari baxımdan hәyati әhәmiy-
yәtindәn getmirdi. Mәqsәd qeyd olunan marşrutu şәrq-
qәrb nәqliyyat dәhlizinә çevirmәk idi. Cәnubda yerlәşәn
postsovet ölkәlәrinin iqtisadiyyatlarını dünya bazarı ilә
birlәşdirmәk üçün dәmiryol vә kommunikasiya xәtlәrinin
çәkilişi, avtomobil yollarının salınması bu planın bir hissәsi
idi. Bu isә o demәkdir ki, “Bakı-Tiflis-Ceyhan” boru kәmәri
tәkcә bir gәlir mәnbәyi olan layihә deyil, hәm dә iqtisadi
cәhәtdәn ayaqda qalmaq baxımından xarici sәrmayәyә
ehtiyac duyan Qafqaz vә Mәrkәzi Asiya dövlәtlәri üçün
әlverişli imkan idi.
1 Angeliki Spatharou, 'Geopolitics of Caspian Oil: The Role of the Integration of the
Caspian Region into World Economy in Maintaining Stability in the Caucassus' in
The Politics of Caspian Oil. Edited by Bülent Gökay. Palgrave Publishers, London,
2001, 31-32.
37