Page 41 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 41
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Layihәyә dәstәk verәn 27 qәrb ölkәsinin Əsas İxrac
Boru Kәmәri Şirkәtinin (MEPCO) üzvü olması “Bakı-Tif-
lis-Ceyhan”ın reallaşacağının qaçılmaz olduğunu göstәrәn
başlıca amil idi.1 Bundan başqa, Birlәşmiş Ştatların “Chevron”
şirkәtinin bu layihәdә iştirak etmәk istәyi dә boru kәmәrinin
tikintisinә öz müsbәt tәsirini göstәrdi. İtaliyanın “ENİ”
şirkәti layihәyә töhfә verәn 9 konsorsium üzvünün sonun-
cusu oldu. Layihәdә әn böyük pay sahibi “BP” şirkәtidir
(34.7%). İkinci yerdә Azәrbaycan Dövlәt Neft Şirkәti
(SOCAR) (25%) dayanır.2

Mәsәlәnin mahiyyәti belә izah oluna bilәr ki, 1994-cü
ildә Azәrbaycanın Qәrb konsorsiumu ilә imzaladığı
7 milyard dollar hәcmindә olan bu müqavilә ABŞ, Rusiya
vә Avropa ölkәlәrinin bir-birinә zidd maraqlarını özündә
ehtiva edәn “böyük oyun”un başlanğıcı idi. Bir çox analitiklәr
Ağ Evin özünün әsas mәqsәdinә nail olduğunu bildirir:
ixrac imkanları baxımından Xәzәr regionunun Rusiyadan
asılılığının azaldılması vә İrana münasibәtdә Birlәşmiş
Ştatların mövqeyinin yumşaldılması baxımından. Lorent
Rusekas: “Xәzәr regionunun artıq ABŞ üçün elә dә әhәmiyyәt
kәsb etmәdiyini iddia etmәk sәhv olardı. Hәqiqәt ondan ibarәtdir
ki, hadisәlәrdәn doğan sәs-küyü dәrketmә artıq normal vәziyyәtә
düşmüşdür”.3

Rusiyanın “Bakı-Tiflis-Ceyhan” boru kәmәrinә qoşulmaq
niyyәti4 vә bu layihәdә ABŞ-la әlaqәlәri 1970-ci illәrin

1 Michael Lelyveld, 'Azerbaijan : Plans for Baku-Ceyhan Pipeline Moving Ahead
Despite Iranian Alternative' in
http://www.rferl.org/features/2000/07/F.R.U.000728155041.asp
2 Michael Lelyveld, 'Caspian: Western Oil Companies Approve Construction Of
Baku-Tbilisi-Ceyhan Oil Pipeline', in
http://www.rferl.org/features/2002/08/05082002153431.asp
3 Jean - Christophe Peuch, 'Caspian Sea: Is The US Losing Interest In Oil Re-
sources', in http://www.rferl.org/features/ 2003/01/29012003172423.asp
4 Michael Lelyveld, 'Caspian: Russia Finding Way To Take Part In US-Backed
Pipeline', in http://www.rferl.org/fetures/2002/06/11062002163012.asp

41
   36   37   38   39   40   41   42   43   44   45   46