Page 43 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 43
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

ehtiyatlarını “xәzinә olaraq” saxlamağa başlamışdı.3 Belәliklә,
rәsmi Vaşinqton enerji tәhlükәsizliyini özünün xarici siyasәt
vә ticarәti üçün prioritet bir mәsәlә kimi qәbul etmişdi. Bu
siyasәtә paralel olaraq, Birlәşmiş Ştatlar, 11 sentyabrdan
dәrhal sonra Mәrkәzi Asiya, Qafqaz vә Xәzәr regionunda,
yәni әnәnәvi olaraq Rusiyanın tәsir dairәsi altına düşәn
әrazilәrdә hәrbi iştirakını genişlәndirmәyә başladı.

ABŞ-ın Xәzәr hövzәsi vә Mәrkәzi Asiyada hәrbi iştirakı
onun xarici siyasәtindә iki amili nәzәrә çatdırır: Birincisi,
rәsmi Vaşinqtonun qiymәt dәyişkәnliyi vә tәchizatdakı
lәngimәlәrlә әlaqәdar xarici enerji mәnbәyindәn asılılıq
qorxusudur. Belә ki, Xәzәr hövzәsi OPEK üzvü olan Qәrbi
Afrika vә Latın Amerikası ölkәlәrinin yerlәşdiyi region
olmadığından, yalnız Birlәşmiş Ştatların xarici enerji
mәnbәlәrinin diversifikasiyası rolunu oynayır. İkincisi, ABŞ
bazaları Mәrkәzi Asiyadan Əfqanıstana, Qafqazdan Yaxın
Şәrqә qәdәr olan әrazidә rәsmi Vaşinqtonun vәziyyәtә
müdaxilә qabiliyyәtini artırmaq mәqsәdi daşıyır.
Ümumiyyәtlә, birinci problem rәsmi Vaşinqtonun enerji
resursları ilә bağlı qayğılarından irәli gәldiyi halda, ikinci
problem tәhlükәsizliklә әlaqәdar narahatlıqlarından doğur.

Sovet İttifaqının süqutu vә bәlkә dә, bundan daha
mühüm hadisә olan Rusiyanın iqtisadi vә hәrbi böhran
vәziyyәtinә düşmәsi ABŞ-ın bariz qlobal güc kimi meydana
çıxmasına gәtirib çıxartdı. Birlәşmiş Ştatların Mәrkәzi Asiya
ölkәlәrinә hәrbi müdaxilәsi vә regionun demokratiklәşdi-
rilmәsi, bazar iqtisadiyyatına keçmәsi üçün çalışması rәsmi
Vaşinqtonun öz dәyәr vә maraqlarına uyğun dünya for-
malaşdırmaq istәyindәn irәli gәlirdi.

Bundan başqa, diqqәtini Xәzәr neftinin ABŞ, İsrail vә
Qәrbi Avropa ölkәlәrinin bazarlarına ötürülmәsini tәmin
edәcәk boru kәmәrlәri üzәrindә cәmlәşdirәn rәsmi Vaşinqton,
eyni zamanda, İran vә Rusiyanın bu mәsәlәdәn kәnarda

43
   38   39   40   41   42   43   44   45   46   47   48