Page 31 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 31
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
hakimiyyәti dövründә Rusiyanın Xәzәr siyasәti Birlәşmiş
Ştatların regiondan sıxışdırılıb çıxarılmasını deyil, әksinә,
bu ölkәnin neft şirkәtlәri ilә “konstruktiv birgә fәaliyyәt”i
nәzәrdә tutur. Hәtta 2001-ci ilin aprel ayında Vladimir
Putin Federal Mәclis qarşısındakı çıxışında tәhlükәsizlik
mәsәlәlәrindәn daha çox Rusiyanın qlobal dünya iq-
tisadiyyatına inteqrasiyasına önәm vermişdi. Rәsmi
Vaşinqtonun Əfqanıstanda1 terrorizmә qarşı mübarizәsini
dәstәklәmәk adı ilә ABŞ qoşunlarının vә hәrbi bazalarının
Qırğızıstan, Özbәkistan vә Tacikistan әrazisindә yerlәşdi-
rilmәsinә Putinin göz yumması Kremlin regiondakı
siyasәtinin dәyişmәsinin göstәricisidir. Bundan başqa,
“Lukoil” şirkәtinin “Bakı-Tiflis-Ceyhan” konsorsiumunda
7.5% pay sahibi olmaq niyyәti Rusiya Federasiyasının Xәzәr
hövzәsinin zәngin neft yataqlarından kәnar düşmәmәk
istәyi ilә bağlı idi.2
May ayında keçirilәn sammitdә ABŞ prezidenti Corc
Buş vә Rusiya lideri Vladimir Putin arasında imzalanmış
strateji mәsәlәlәrә dair birgә bәyannamәdә iki ölkә arasında
energetika sahәsindә әmәkdaşlığın potensialı vurğulanırdı.
Hәr iki tәrәf, xüsusilә, birgә neft vә qaz hasilatının
intensivlәşdirilmәsi ilә bağlı istәklәrini bildirmişdi. Konkret
istinad nöqtәsi olaraq da Xәzәr hövzәsi götürülürdü.
Sәnәddә, hәmçinin Mәrkәzi Asiya vә Qafqaz dövlәtlәrinin
suverenliyinin vә әrazi bötüvlüyünün qorunması, hәr iki
regionda sabitliyin saxlanılması “ümumi maraqlar”a daxil
edilirdi. Belәliklә, ilk dәfә olaraq, siyasi koordinasiya vә
1 Yevgenii Primakov, 'Is the Russia-US Rapproachement Here To Stay?' Interna-
tional Affairs, in Emre Erflen, 'The Impact of Baku-Tbilisi-Ceyhan Oil Pipeline on
Turkey-US Relations', Turkish Review of Eurasian Studies ,Annual 2003, 105-106.
2 Andreas Andrianopoulos, 'The Economics and Politics of Caspian Oil', in Strate-
gic Developments In Eurasia After 11 September. Edited by Shireen Hunter. Frank
Cass, London, Portland, Oregon, 2004, 87.
31