Page 27 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 27
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

siyasәtdә qarşıya qoyduğu mühüm mәqsәdlәrlә müqayisәdә
energetika sahәsindәki problemlәri arxa plana keçirdiyini
iddia edirlәr.

ABŞ-ın sanksiya siyasәti İran vә Liviyada zәngin tәbii
resursların inkişafının qarşısını almışdır. Eyni zamanda,
İraqın sәnaye istehsalının da qarşısına BMT tәrәfindәn
sәdd çәkilmişdir. Ümumiyyәtlә, sanksiya siyasәti tәbii
resursların daha az diversifikasiyası demәkdir. “Corc Buşun
prezidentliyi dövründә Ağ ev administrasiyasının İrana
qarşı sanksiya siyasәti nә ilә bağlı idi” sualının cavabı isә
belәdir ki, Birlәşmiş Ştatlar mәnbәlәrin diversifikasiyasını
enerji tәhlükәsizliyinin deyil, hәrbi-siyasi tәhlükәsizliyin
tәminatı kimi qәbul edirdi. Bu isә digәr xarici siyasi
mәqsәdlәrlә müqayisәdә enerji hәdәflәrinin ikinci plana
keçmәsi tәsәvvürü yaradırdı.

2000-2001-ci illәrin1 enerji hәrc-mәrcliyindәn sonra
yaradılmış Milli Enerji Siyasәtinin İnkişafı Qrupu öz
mәruzәsindә istәr ABŞ iqtisadiyyatına, istәrsә dә qlobal
iqtisadi inkişafa dәstәk vermәk mәqsәdilә xarici mәnbәlәr
hesabına neftlә tәminat mәsәlәsi üzәrindә xüsusi
dayanmışdır. Bunun iki sәbәbi var: Birinci sәbәb, әsas
enerji istehsalçısı olmasına baxmayaraq, Birlәşmiş Ştatların
dünyanın kәşf olunmuş neft ehtiyatlarının 3,2%-nә sahib
olmaqla nә vaxtsa özünü tam sәrbәst hiss edә bilәcәyidir.
İkinci sәbәb isә ABŞ, Avropa ölkәlәri, Yaponiya vә digәr
Asiya dövlәtlәrinin bir-birindәn kәskin asılılığıdır. Bu isә o
demәkdir ki, ABŞ-ın milli enerji tәhlükәsizliyi tәkcә bu
ölkәnin deyil, eyni zamanda, onun başlıca biznes

1 Corc Buş prezident seçilmәmişdәn bir neçә ay әvvәl neft idxalatı tarixdә ilk
dәfә olaraq ümumi istehlakın 50%-dәn çox hissәsini tәşkil edirdi. Bu isә öz
növbәsindә ölkәnin uzunmüddәtli enerji tәchizatı tәhlükәsizliyi barәdә
narahatlıq yaradırdı. Buş bildirirdi ki, prezident postunda olduğu müddәtdә
qarşısında duran әn vacib mәsәlә “enerji böhranı”nın aradan qaldırılmasıdır
(Maykl Klar: “Buşun enerji strategiyası”)
http://www.fpif.org/papers/03petropol/politics_body.html

27
   22   23   24   25   26   27   28   29   30   31   32