Page 23 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 23
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Xatırladaq ki, bu, hazırda dünya vә Avropa ölkәlәrinin
tәbii qaza getdikcә artmaqda olan tәlәbatının ödәnilmәsindә
mühüm amil rolunu oynayır. Mәhz buna görәdir ki,
indiyәdәk “Şahdәniz” qazının alınması ilә bağlı Azәrbaycana
20-dәk xarici şirkәt müraciәt etmişdir. Son zamanlar
Azәrbaycanda yeni qaz yataqlarının kәşfi isә ölkәmizin
tәbii qazla zәngin bir ölkә olduğunu bir daha tәsdiq edir.
İndi Azәrbaycanın tәsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon
kubmetr sәviyyәsindәdir. Bu isә hazırda dünya miqyasında
olduqca yüksәk rәqәmdir vә ölkәmizin zәngin potensialını
әks etdirir. “Şahdәniz” yatağının ikinci mәrhәlәsi, elәcә dә
“Ümid” vә “Abşeron” yataqlarından hasil olunacaq qaz
ehtiyatları Azәrbaycanın gәlәcәk iqtisadi inkişafının tәminatı
olmaqla, ölkәmizin ixrac imkanlarının daha da artmasına
sәbәb olacaqdır.

Qeyd edilmәlidir ki, yuxarıda sadalanan vә әhәmiyyәtinә
görә hәm qlobal, hәm dә regional mәzmun daşıyan neft-
qaz ehtiyatlarının kәşfiyyatı, hasilatı vә dünya bazarlarına
çıxarılmasını özündә birlәşdirәn Azәrbaycanın enerji
siyasәtinә hәsr olunan mәqalәlәr ABŞ, Rusiya, Türkiyә,
Böyük Britaniya kimi iri vә nüfuzlu dövlәtlәrin kütlәvi
informasiya vasitәlәrindә yer almışdır. Hәmin mәqalәlәrlә
tanış olduqda, Azәrbaycanın regionda vә dünyada enerji
siyasәtinin tәsir dairәsini ölçmәk, bu siyasәtә yönәlәn fikir
vә mülahizәlәrin heç dә birmәnalı olmadığı qәnaәtinә
gәlmәmәk mümkün deyil. Bu fikrin, elәcә dә tәhlil vә
geopolitik perspektivlәrә söykәnәn mәqalәlәrlә tanışlığın
jurnalistlәr, neft-qaz siyasәti üzrә mütәxәssislәr, ekspertlәr,
tәdqiqatçılar, tәlәbәlәr vә ümumiyyәtlә, geniş oxucu kütlәsi
üçün maraqlı olacağını düşünürük.

23
   18   19   20   21   22   23   24   25   26   27   28