Page 21 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 21
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

regionunun neft-qaz potensialının dünyanın işgüzar
dairәlәrinin diqqәtinә çatdırılmasında, neft vә qazın hasilatı,
istehsalı, daşınması vә әn yeni texnologiyaların tәtbiqi üzrә
ixtisaslaşmış şirkәtlәrin bir-biri ilә yeni işgüzar әlaqәlәrinin
yaradılmasında әvәzsiz xidmәti olan “Xәzәrneftqaz” sәrgi-
konfransı hәr il Bakıda müvәffәqiyyәtlә keçirilmәkdәdir.

Azәrbaycan Respublikasının Dövlәt Neft Fondu

Neft strategiyasının növbәti mәrhәlәsindә ölkәnin neft
yataqlarının xarici şirkәtlәrlә birgә işlәnmәsindәn әldә edilәn
gәlirlәrin toplanaraq sәmәrәli idarә edilmәsi, hәmin vәsaitlәrin
öncül sahәlәrin inkişafına vә sosial-iqtisadi baxımdan
әhәmiyyәtli layihәlәrin hәyata keçirilmәsinә yönәldilmәsi
nәzәrdә tutulurdu. Bu mәqsәdlә, 1999-cu ilin sonunda
Azәrbaycan Respublikası Dövlәt Neft Fondu (ARDNF) tәsis
edildi. Qurumun mәqsәdi neft sәrvәtlәrinin nәsillәr arasında
bәrabәr bölgüsünә, onların sәmәrәli vә mәqsәdyönlü şәkildә
idarә edilmәsinә nail olmaq idi. Ötәn müddәt әrzindә
ARDNF bir tәsisat kimi formalaşaraq ölkә daxilindә vә
elәcә dә beynәlxalq sәviyyәdә tanınmış, vәsaitlәrin idarә
edilmәsi, şәffaflığın tәmin edilmәsi baxımından digәr
dövlәtlәrlә öz tәcrübәsini bölüşmәyә qadir olan bir quruma
çevrilmişdir. Xüsusi idarәetmә strukturuna malik olan bu
qurum hüquqi şәxs qismindә, gәlir vә xәrclәrinin istiqamәtini,
әsasәn, müstәqil müәyyәn edir. Onun vәsaitlәri dövlәt
hakimiyyәti orqanlarına, dövlәt vә qeyri-dövlәt tәşkilatlarına
borc verilmәsi, elәcә dә hәr hansı bir subyektin öhdәliklәrinin
tәminatı qismindә istifadә oluna bilmәz.

ARDNF-nun 1 oktyabr 2014-cü il tarixinә olan son mә-
lumatlarına görә, sәrәncamında olan aktivlәri 37 milyard
305,3 milyon ABŞ dolları tәşkil edir. Bu günә qәdәr fondun
vәsaitlәrindәn aşağıdakı prioritet sahәlәrin maliyyәlәş-
dirilmәsindә istifadә edilmişdir: “Bakı-Tiflis-Ceyhan” boru

21
   16   17   18   19   20   21   22   23   24   25   26