Page 19 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 19
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

edildi vә hәmin ölkәlәrin rәsmilәri ilә danışıqlara başlanıldı,
qazın nәqlini tәşkil edәcәk “Bakı-Tiflis-Ərzurum”
marşrutunun çәkilmәsi üçün razılıq әldә olundu.

12 mart 2001-ci ildә bu razılıq gerçәklәşdi vә “Şahdәniz”
qazının çox hissәsinin Türkiyә Cümhuriyyәtinә satılması
haqqında Ankarada hәm hökumәtlәrarası anlaşma, hәm dә
alqı-satqı üzrә anlaşma imzalandı. Hәmin ilin 29 sentyabrında
isә Bakıda “Cәnubi Qafqaz Boru Kәmәr Sistemi vasitәsilә
tәbii qazın Azәrbaycan Respublikası vә Gürcüstan Respublikası
әrazilәrindә vә onların hüdudlarından kәnarda tranziti,
nәqli vә satışı haqqında” Azәrbaycan Respublikası ilә
Gürcüstan Respublikası arasında saziş imzalandı. “Şahdәniz”
yatağının adları yuxarıda qeyd edilәn tәrәfdaş sirkәtlәri
hәm dә әldә edilәcәk tәbii qazın dünya bazarına çatdırılmasını
tәmin etmәli olan “Bakı-Tiflis-Ərzurum” qaz kәmәrinin
tikintisini dә öz öhdәlәrinә götürdülәr.

16 oktyabr 2004-cü ildә BTC neft kәmәrinin Azәrbaycan
vә Gürcüstan hissәlәrinin birlәşdirildiyi gündәn “Bakı-
Tiflis-Ərzurum” qaz kәmәrinin dә tikintisinә start verildi.
Kәmәrin layihә dәyәri, ilkin hesablamalara görә, 900 milyon
ABŞ dolları müәyyәnlәşdirilmişdir. Kәmәrin çәkilmәsindә
istifadә olunan 700 km. uzunluqda polad boruları Yaponiyanın
“Sumitomo” şirkәti tәqdim etmişdir. 2006-cı ilin sonlarında
adıçәkilәn qaz kәmәri istifadәyә verildi. Belәliklә, Azәrbay-
canın sәnaye tarixindә bir ilkә imza atıldı – Respublika tә-
bii qaz idxal edәn ölkәdәn onu ixrac edәn ölkәyә çevrilәrәk,
öz iqtisadi imkanlarının genişlәndirilmәsi nәticәsindә dünya
iqtisadiyyatına qarşılıqlı maraqlar әsasında inteqrasiyasını
daha da güclәndirdi. 11 noyabr 2010-cu ildә BP şirkәti,
ARDNŞ vә “Şahdәniz” tәrәfdaşları yataq üzrә hasilatın pay
bölgüsü haqqında sazişin 2031-ci ildәn 2036-cı ilә qәdәr
uzadılmasına dair saziş imzaladılar. 2012-ci ildә Azәrbaycan
vә Türkiyә hökumәtlәri yeni “Trans-Anadolu Boru Kәmәrinin

19
   14   15   16   17   18   19   20   21   22   23   24