Page 143 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 143
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Türkiyәnin “Nabukko”da 16.5% paya malik “BOTAS”
şirkәti “TAP” layihәsinin heç bir mәrhәlәsinә cәlb olunmayıb.
Lakin konsorsiumun bu ilin әvvәlindә qәbul etdiyi qәrara
әsasәn, “TAP” kәmәri Azәrbaycan (80%) vә Türkiyәnin
(20%) müştәrәk layihәsi olan vә Azәrbaycan qazını Türkiyә
vasitәsilә Bolqarıstana nәql edәcәk “Trans-Anadolu boru
kәmәri(“TANAP”)”nә qoşulacaq.

Son on ildә “TANAP/TAP” şәbәkәsi effektivliyi, asan
razılaşdırıla bilmәsi vә ucuz olması sәbәbindәn tәdricәn
“Nabukko”nun yerinә keçdi. Türkiyә nöqteyi-nәzәrindәn,
bu ölkәnin “TANAP”dakı 20% payını “Nabukko”dakı 16%-
lә müqayisә etdikdә, belә qәnaәtә gәlmәk olar ki, rәsmi
Ankara daha әlverişli nәticә әldә etmiş olur. Lakin Türkiyәnin
“Nabukko”dakı iştirakının siyasi hüdudları nәzәrә alındıqda,
bunun, әslindә, heç dә sәrfәli olmadığı üzә çıxır.

“Nabukko” hazırda Rusiyadan asılı olan qaz tәchizatı
mәnbәlәrinin azaldılması yolunda Avropa Komissiyasının
“Cәnub Enerji Dәhlizi” layihәsinin flaqmanı sayılırdı.
Cüzeppe Verdinin operasının adını daşıyan vә simvolik
olaraq “qulların Babil kralı Nebuçadnezzar tәrәfindәn azad
olunması” ilә әlaqәlәndirilәn “Nabukko” Avropa ölkәlәrinin
vә Türkiyәnin Rusiyanın enerji asılılığından azad
olunmasının simvoluna çevrilmişdi. “Nabukko” Beynәlxalq
Qaz Kәmәri birliyinin icraçı direktoru Reinhard Mitşek
“Nabukkonun qaz istehlakçılarına seçim azadlığı verdiyini”
deyirdi.

“Nabukko”nun zәifliyi isә, onun bahalı olmasında, habelә
texniki vә siyasi cәhәtdәn mürәkkәbliyindә idi. Layihәdә
pay sahibi olan 6 dövlәtin hәr biri ayrılıqda 16%-ә malik
idi. “Nabukko”nun 5 tranzit ölkәsinin dә hәr biri ayrılıqda
bәrabәr güc vә gәlir tәlәb edirdi. Pay sahiblәrinin çoxluğu
sәbәbindәn 2002-ci ilin fevralında başlanan layihә yalnız
2010-cu ilin martında tranzit ölkәlәrin parlamentlәri tәrәfindәn
ratifikasiya olunmuşdu. 2010-2012-ci illәr arasında isә layihә,
ümumiyyәtlә, baha olması sәbәbindәn donduruldu.

143
   138   139   140   141   142   143   144   145   146   147   148