Page 147 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 147
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

tәhlükәsizliyin möhkәmlәndirilmәsinә kömәk etmәklә
yanaşı, iqtisadiyyatımıza da öz töhfәlәrini verәcәk, ölkәmizdә
yeni iş yerlәrinin yaranmasına gәtirib çıxaracaq.

Bu sәbәbdәn bizim dövlәt siyasәtçilәrimiz Avropanın
enerji tәhlükәsizliyini artıracaq iki istiqamәtә xüsusi diqqәt
yetirmәlidir. Birincisi, “Cәnub Qaz Dәhlizi” vasitәsilә Xәzәr
dәnizinin Mәrkәzi Asiya hissәsindәn qazın Avropaya nәqli;
ikincisi, Amerikada tәbii qaz bumu ixracat hәcmlәrinin
artması vә iş yerlәrinin yaradılması.

Sәhvә yol vermәk olmaz. Avropanın qeyri-sabit enerji
tәchizatı Amerikanın iqtisadi vә milli tәhlükәsizliyini şübhә
altına alır.

Avropanın qaz ehtiyacının üçdә biri Rusiyanın inhisarçı
şirkәti olan “Qazprom” tәrәfindәn tәmin edilir. Lakin
Rusiya öz resurs ixracatından digәr ölkәlәrә tәsir göstәrmәk
üçün istifadә edәcәyini nümayiş etdirib vә son illәrdә
Avropanın bәzi hissәlәrinә qaz tәchizatını dәfәlәrlә kәsib.

Bu xüsusda, Şimali Afrika vә Yaxın Şәrqә bel bağlamaq
daha riskli ola bilәr. Türkiyәnin tәbii qaz idxalının 20
faizini İran tәmin edir vә bu ilin әvvәlindә özlәrini mücahid
adlandıran radikal qruplaşma Avropaya tәbii qaz ixrac
edәn üçüncü әn böyük mәnbә olan Əlcәzairdәki tәbii qaz
tәsisatına hücum etmişdi.

Tәsәvvür edin ki, gәlәcәkdә nә vaxtsa beynәlxalq böhran
yaransa, Avropa dövlәtlәrinin Rusiya vә İran kimi ölkәlәrin
enerji tәchizatından asılı olmaması nә qәdәr böyük әhәmiyyәt
kәsb edir.

Xoşbәxtlikdәn, Avropanın enerji tәhlükәsizliyi Qafqaz
ölkәsi olan Azәrbaycan vә Amerikanın özündә son dövrlәrdә
hәyata keçirilәn hasilat hesabına güclәndirilmәkdәdir.

Xәzәr dәnizinin iri qaz istehsalçıları Türkiyә, Yunanıstan
vә Albaniya әrazisindәn keçәrәk İtaliyaya çatacaq “Trans-
Adriatik boru kәmәri”ni seçdilәr. Kәmәrin inşası başa

147
   142   143   144   145   146   147   148   149   150   151   152