Page 139 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 139
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Belә olan halda İran Avropanın yeni hәdәfinә çevrildi.
Lakin İranın nüvә proqramı ilә әlaqәdar olaraq ABŞ
tәrәfindәn daim tәqib edilmәsi nәticәsindә İran qazı daha
tәhlükәli göründü. Belәcә, domino daşları sıra ilә aşırdı.

Bu dәfә Avropa vә Birlәşmiş Ştatlar Türkmәnistan
variantından tamamilә әl çәkmәyә vә Azәrbaycan üzәrindә
dayanmağa qәrar verdilәr. Yeni bölmә “Nabukko” adlan-
dırıldı.

İndi isә çәtinlik ondaydı ki, boru kәmәri özünün әsas
hәdәfindәn – Mәrkәzi Asiya respublikalarını Rusiyadan
uzaqlaşdırmaq planından mәhrum olmuşdu. Ona görә dә,
yeni “raisond’être”1 tapıldı. “Nabukko”nun müdafiәçilәri
kәmәrin Avropanın Sibir qazından asılılığını azaltmağın
Rusiyanın bölgәyә tәsirini zәiflәtmәk üçün başlıca vasitә
olduğunu deyirdilәr. Əslindә isә, Qәrb bir növ yararsız
mәhsulu reklam etmәk üçün külli miqdarda vәsait sәrf
edirdi.

Qaz axınları

“Nabukko”nun әsas mәqsәdi Rusiyanın “nahar
yemәyini” әlindәn almaq olduğundan, ruslar bunun әvәzini
çıxmağa başladılar. İlk olaraq, Rusiya qaz konqlomeratları
Mәrkәzi Asiya vә Xәzәrdәki bütün mövcud tәbii qazı öz
әllәrindә cәmlәşdirәrәk “Nabukko”nu resurssuz qoydular.
İkincisi isә, 2007-ci ildә Vladimir Putin “Cәnub Axını”
layihәsini irәli sürdü.

“Cәnub Axını” Rusiya, Bolqarıstan, Serbiya, Macarıstan,
Sloveniya vә İtaliyadan keçәrәk Avropaya qaz nәqlini
nәzәrdә tutan 39 milyard dollarlıq boru kәmәridir. Ən
әsası, bu kәmәr problemli Ukraynadan yan keçәcәkdi.

1“raisond’être” fransız dilindәn tәrcümәdә “varolma sәbәbi” mәnasını ifadә edir

139
   134   135   136   137   138   139   140   141   142   143   144