Page 135 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 135
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
“Nabukko”: Boru kәmәri boru xülyasına
necә çevrildi1
“Nabukko” Rusiyanı tәcrid etmәk siyasәtinin başlıca
hissәlәrindәn idi, lakin sonda, necә deyәrlәr, ovçu özü
ovlandı.
Xәzәrin enerji ehtiyatlarına yiyәlәnmәk uğrunda gedәn
gizli enerji savaşı Qәrbin biabırçı mәğlubiyyәti vә Amerikanın
himayә etdiyi “Nabukko” boru kәmәrinin “dәfni” ilә
nәticәlәndi.
“Nabukko” siyasi boru kәmәri olduğundan, uğursuzluğa
düçar oldu. 31 milyard dollarlıq qaz kәmәri layihәsi Mәrkәzi
Asiyanı Rusiya tәsirindәn azad etmәk üçün düşünülmüşdü.
Birlәşmiş Ştatların şirniklәndirdiyi avropalılar “neft vә
qaz dәryasında üzәn regiondan” gәtirilәcәk ucuz enerji
haqqında xәyallar qurmağa başlamışdılar. Dükan sahiblәri
düşüncәsi ilә onlar, 2006-cı ildә Ukrayna ilә bağlı mübahisәni
çıxmaq şәrtilә, 30 ildәn artıq Rusiyanın Sibir qazının etibarlı
tәchizatçısı olduğunu unutmuşdular.
Lakin ruslar uzaqgörәn idilәr vә layihәnin iflasa uğraması
üçün zәruri “diplomatik әzәlә” nümayiş etdirә bildilәr.
2009-cu ilin iyununda avropalılar “Nabukko”ya dair saziş
imzalamağa hazırlaşdıqları bir vaxtda aparıcı Moskva
icmalçılarından biri onların bu hәrәkәtini “xaotik nәğmә”
adlandırmışdı.
MDB İnstitutunun regional filialının direktoru Aleksandr
Knyazev demişdi ki, bu layihәnin dәstәklәnmәsi, ona
Cüzeppe Verdinin operasında yәhudi qulların “gözәl, lakin
bәdbin vә ümidsiz” xorunu xatırladır.
Bu, son dәrәcә uzaqgörәnliklә edilmiş bir mülahizә idi.
1http://in.rbth.com/blogs/2013/07/02/nabucco_how_the_pipeline_became_a_pip
edream_26663.html by July 2, 2013 Rakesh Krishnan Simha
135