Page 133 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 133
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

İran Azәrbaycanı tәhdid edir
Deputat Xәzәr sahilindәki respublikanı

unutmağı tәklif edir1

Aleksandros Petersen – “Dünya Adası: Avrasiya
geosiyasәti vә Qәrbin aqibәti” kitabının müәllifi.

Birlәşmiş Ştatların başı Şimali Koreyanın qarşıdurma
ritorikasına qarışdığı bir vaxtda İran öz regionunda tәhdidlәri
sürәtlәndirdi. İran rәhbәrliyi “kiçik şeytan” adlandırdığı
İsraildәn yaxa qurtarmaq arzusunu çoxdan bәyan edib.
Birlәşmiş Ştatların sünni müttәfiqlәri ilә dә İranın rәqabәti
çoxdandır ki, davam edir. Lakin bu ayın әvvәllәrindә İran
parlamentarilәri Amerikanın başqa bir müttәfiqini –
Azәrbaycanı hәdәlәyәrәk, onun bir müstәqil dövlәt olaraq
İsrail kimi “xәritәdәn silinmәsinә” eyham vurdu vә qonşu
Ermәnistana yeni cәbhә açdı.

İstәr ölkә daxilindә, istәrsә dә xaricdә İranın tәbliğatının
әsasında, İranla Rusiya arasında yerlәşәn Azәrbaycan kimi
dövlәtlәrin müstәqilliyinin mәhz İranın mövcud geosiyasi
siyasәtinin zәifliyi nәticәsindә mümkün olduğu fikri durur.
Belә tәbliğatın sayәsindә iranlılar Qafqazda vә Mәrkәzi
Asiyadakı bәzi şimal qonşularının torpaqlarını tarixi İran
әrazilәri kimi qәbul edirlәr. Bununla belә, indiyә qәdәr
İranın hökumәt rәsmilәri, beynәlxalq alәmin müstәqil döv-
lәt kimi tanıdığı qonşularının suverenliyini şübhә altına
almaqdan ehtiyat edirdilәr. Azәrbaycan İran üçün xüsusilә
hәssas ölkәdir. İranın şimalında böyük türkdilli azәri xalqı
yaşayır. Göründüyü kimi, bu әlahiddә qonşunu tәhdid
etmәk, milyonlarla İran vәtәndaşının qәzәbini onun üzәrinә
yönәltmәk qәtiyyәn mәqsәdәuyğun deyil.

1 http://nationalinterest.org/commentary/iran-threatens-azerbaijan-8407
Aleksandros Petersen
29 Aprel, 2013-cü il

133
   128   129   130   131   132   133   134   135   136   137   138