Page 113 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 113
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Azәrbaycan Dövlәt Neft Fondu tәrәfindәn ilkin maliyyәnin
ayrılması vә tikintiyә 2013-cü ilin sonunda start verilmәsi
başa düşülür. Buxarestdә Azәrbaycan, Gürcüstan vә
Rumıniya arasında imzalanmış “Mayelәşdirilmiş tәbii qaz
vә onun nәqli sahәsindә әmәkdaşlığa dair Anlaşma Mem-
orandumu” növbәti inkişaf mәrhәlәsinә qәdәm qoya bilәr,
lakin bunun indi hәyata keçmәsi çәtin olacaq. Belә ki,
Azәrbaycan tәrәfi hal-hazırda lazımi hәcmdә qaz tәdarükünә
malik deyil. Gürcüstan da, hәmçinin, problemlәrlә üzlәşib.
Ölkә sabiq vә yeni hökumәt arasında gedәn siyasi çәkiş-
mәdәn çıxa bilmir. Yeni administrasiya çıxış yolu tapana
qәdәr tәcrübәsiz energetika nazirinin bu ilin sonuna kimi
mayelәşdirilmiş tәbii qaz terminalına dair sazişi imzalayacağı
şübhә altında olacaq.

Aralıq dәnizinin şәrq sahillәrindәki qaz yataqlarında
kәşfiyyat işlәri hәm Türkiyә vә yunan Kipri, hәm dә İsrail
vә Livan sularından başlayaraq daha da sürәtlәnәcәk. Lakin
regiondakı siyasi qeyri-sabitlik vә sәrhәdlәrdә yaranan
qarışıq vәziyyәt sәrmayәçilәri daha ehtiyatlı davranmağa
vadar etmәklә yanaşı, ixracatı da bir o qәdәr çәtinlәşdirәcәk.

Şist qaz mәsәlәsi, güman ki, bәzi dairәlәrdә mübahisәyә
sәbәb ola bilәr. Lakin әsas söz sahibi olan ölkәlәr artıq şist
qaz hasilatına qәdәm qoyub. Avropaya da bu sahәdәki
canlanmadan kәnar qalacağı ilә bağlı xәbәrdarlıq edilir.

Energetika sahәsindә ümumi mәnzәrәnin 12 ay әrzindә
dәyişmәsi çәtin olsa da, 2012-ci ildә olduğu kimi, mayelәş-
dirilmiş tәbii qazın yenidәn әsas qaz mәnbәyi qismindә
çıxış edәcәyi gözlәnilir. Bu mәsәlә idxal asılılıqlarını aradan
qaldırmaq üçün mayelәşdirilmiş tәbii qaza ehtiyac duyan
Ukrayna vә Türkiyәni daha çox narahat edir. Sonuncunun
coğrafi mövqeyi onu region üzrә qaz siyasәtindә vacib
“oyunçular”dan birinә çevirir. Xәzәr vә Aralıq dәnizi höv-
zәlәrindә, Balkan yarımadasında, İraq әrazisindә vә Qara

113
   108   109   110   111   112   113   114   115   116   117   118