Page 109 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 109
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

nisbәtәn Qәrbә yönәlmәsinә mötәdil vә praqmatik yanaşır.
Hәm tarixi, hәm dә coğrafi baxımdan qonşu olan bu iki
ölkә regionda boru kәmәri siyasәtinә dair ümumi maraqları
bölüşür.

“Trans-Xәzәr boru kәmәri” layihәsinin tәrәfdaşı olduğu
müddәtdә Azәrbaycanın yeni boru kәmәrinin tikintisi ilә
maraqlanacağı ağlabatan deyil. Belә ki, Azәrbaycan mavi
yanacağının Türkiyәyә nәqlini hәyata keçirәn “Bakı-Tiflis-
Ərzurum” qaz kәmәri bu halda rәqabәtlә üzlәşәcәk. Birlәşmiş
Ştatlar, eyni zamanda, “Nabukko” tәrәfdaşları olan
Azәrbaycan vә Türkmәnistanı mövcud fikir ayrılıqlarını
aradan qaldırmağa çağırır. İki Xәzәryanı ölkә arasında
mübahisәyә sәbәb olan әsas mәsәlә “Kәpәz” (“Sәrdar”)
yatağı ilә әlaqәdardır.

“Trans-Xәzәr” layihәsinin gerçәklәşmәsindә әsas
maneәlәrdәn biri Xәzәr dәnizinin hüquqi statusunun hәlә
dә müәyyәnlәşdirilmәmәsidir. Müzakirәlәrin mәrkәzindә,
Dәniz hüququna dair BMT Konvensiyasına müvafiq olaraq,
Xәzәrin dәniz vә ya göl olması mәsәlәsinin hәlli dayanır.
Nә Rusiya, nә dә İran bu regionda maraqlarının pozulması
ilә razılaşa bilmәz. Mәhdud qaz ehtiyatlarına malik
Qazaxıstan müzakirәlәrdә neytrallığı qorumağa çalışır.
Rәsmi Tehran vә Moskva Xәzәrin hüquqi statusuna dair 5
Xәzәryanı dövlәt tәrәfindәn yekun razılıq aktı imzalanana
qәdәr boru kәmәrinin tikintisinin mümkünsüz olduğunu
bildirir.

Boru kәmәrinin dәnizin dibi ilә çәkilmәsinә qәti etiraz
edәn İran tәrәfi, bunu, yaranacaq ekoloji problemlәrlә
әlaqәlәndirir. Rәsmi Tehran, hәmçinin boru kәmәri inşası
ilә әlaqәdar olaraq Xәzәr regionunda hәrbi bazaların sayının
artırılmasının da әleyhinәdir. Digәr tәrәfdәn, Xәzәr dәnizinin
sәrhәdlәrinin müәyyәn edilmәsi mәsәlәsindә tәrәflәrdәn
heç birinin güzәştә getmәk niyyәtindә olmaması, neft vә

109
   104   105   106   107   108   109   110   111   112   113   114