Page 105 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 105
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

vә öhdәliklәrlә bağlı çәtinliklәrin mövcud olduğunu bildirәn
nazir, eyni zamanda, bunları nәzәrә çatdırır:

Türkmәnistan әn azı 30 milyard kubmetr qaz ixrac etmәk
niyyәtindә olduğunu bildirib;

Avropa Birliyi qazı alacağına tәminat vermәlidir;
Boru kәmәrinin maliyyәlәşdirilmәsi mәsәlәsi hәlәlik tam
müәyyәn edilmәyib.
Komissiya sözçüsünün sentyabrın 19-da Avropanın nü-
fuzlu “New Europe” portalına verdiyi mәlumatda deyilirdi:
““Trans-Xәzәr boru kәmәri” ilә bağlı üçtәrәfli sazişә dair danışıqlar
hazırda davam edir. Avropa Komissiyasının enerji mәsәlәlәri
üzrә komissarı Günter Ottingerin sәfәri mәhz bununla bağlı idi.
Komissiya kütlәvi informasiya vasitәlәrindә “Trans-Xәzәr
boru kәmәri” ilә bağlı yayılan mәlumatlardan xәbәrdardır. Lakin
bu istiqamәtdә danışıqlar hәlә davam etdiyindәn şәrh verә
bilmәrik”.
Komissiya sözçüsü daha sonra әlavә edib: ““Trans-
Xәzәr boru kәmәri” razılaşması Türkmәnistanı Azәrbaycanla
birlәşdirәcәk sualtı boru kәmәrinin özülünün qoyulmasında
hәlledici rol oynayacaq. Azәrbaycan vә Türkmәnistanla aparılan
müzakirәlәrdә әsas diqqәt Avropa Birliyi, Türkmәnistan vә
Azәrbaycan arasında hüquqi öhdәliklәri, “Trans-Xәzәr boru
kәmәri”nin tikintisi vә istismarı ilә bağlı adıçәkilәn iki Xәzәryanı
ölkә arasında ikitәrәfli razılaşmaları müәyyәn edәn müqavilәyә
yönәldilәcәk”.
Türkmәnistan prezidenti Qurbanqulu Berdimuhәm-
mәdov enerji ixracı marşrutlarının şaxәlәndirilmәsindә
әsas cavabdehlik daşıyan Avropaya enerji daşıyıcılarının
nәql edilmәsindә ölkәsinin maraqlı olduğunu bildirib.
Lakin o, eyni zamanda, layihәyә qarşı kәskin çıxış edәn
rәsmi Moskvanın atacağı addımlardan narahatdır.
Avropa Birliyi, Türkmәnistan vә digәr ölkәlәr arasında
“Trans-Xәzәr boru kәmәri” xәttinin çәkilişinә dair danışıqlar
hәlә XX әsrin 90-cı illәrindәn başlayıb. Xәzәrin hüquqi
statusu mәsәlәsi layihәnin icrasında lәngimәlәrә sәbәb

105
   100   101   102   103   104   105   106   107   108   109   110