Page 103 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 103
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

әlaqәlәndiricisi sәfir Karlos Paskual vә Avropa İttifaqının
Mәrkәzi Asiya üzrә xüsusi nümayәndәsi Patricia Flor
müzakirә panelindә çıxış etdilәr. Elmar Mәmmәdyarov:
“Ermәnistan işğal olunmuş Azәrbaycan topraqlarından qoşunlarını
çәkdikdәn sonra regional uğuru paylaşa bilәr”. Azәrbaycan
xarici işlәr naziri, hәmçinin әlavә etmişdir: ““Bakı-Tiflis-
Ceyhan” vә yeni boru kәmәri layihәlәri ölkәnin müstәqilliyini
daha da güclәndirәcәk”.

Yunanıstan Baş nazirinin müavini vә xarici işlәr naziri
Evangelos Venizelos: ““Cәnub Qaz Dәhlizi”nin “Trans-
Adriatik” hissәsinin 2/3-si Yunanıstan әrazisindәn keçir vә
ölkәmiz bu layihәni tam gücü ilә dәstәklәyir”.

Birlәşmiş Ştatları tәmsil edәn beynәlxalq enerji mәsәlәlәri
üzrә xüsusi elçi vә әlaqәlәndirici sәfir Karlos Paskualın fo-
rumda iştirakı, әslindә, layihәnin hәyata keçmәsi yolunda
nümayiş etdirilәn beynәlxalq dәstәyin әyani sübutu idi.
Paskual Azәrbaycanı vә tәrәfdaşlarını regional әmәkdaşlığa
görә tәbrik etdi.

Xәzәr Strateji İnstitutunun baş katibi Haldun Yavaş:
“Xorvatiya, Bosniya vә Herseqovina, Albaniya, Monteneqro,
Makedoniya vә Yunanıstan kimi ölkәlәrdәn olan nümayәndәlәrin
forumda iştirakı sübut etdi ki, Azәrbaycan vә Türkiyәnin rәhbәrliyi
altında hәyata keçәn “TANAP” layihәsi boru kәmәrindәn daha
artıq mәna kәsb edir. Layihә Azәrbaycan vә Türkiyәni, Balkan
ölkәlәri dә daxil olmaqla, Avropa ilә bağlayan әn güclü sülh
layihәsidir”.

Sonda ARDNŞ-nin vitse-prezidenti Elşad Nәsirov, “SO-
CAR-Türkiyә” şirkәtinin icraçı direktorunun müavini Samir
Kәrimli, “BP” şirkәtinin “Şahdәniz” yatağının işlәnmәsi
üzrә vitse-prezidenti Əl-Kuk, “Trans-Adriatik qaz kәmәri
(“TAP”)” layihәsinin xarici işlәr üzrә direktoru Maykl Hof-
man vә “Statoil” şirkәtinin nümayәndәsi Kevin Massi fo-
rumun tәşkilatçıları tәrәfindәn mükafatlandırıldı.

103
   98   99   100   101   102   103   104   105   106   107   108