Page 115 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 115
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

prinsiplәr әsasında olacaq. O cümlәdәn, hәr bir tәrәfin 15
mil mәsafәdә dәniz mәkanının suverenliyi vә әlavә 10 mil
mәsafәdә dә bioloji resursların hasilatı hüququ tәsdiqlәnir.
Bundan başqa, vergi, gömrük, birgә xilasetmә әmәliyyatları
vә digәr mәsәlәlәr barәdә dә müzakirәlәr aparılıb. Qazaxıstan
prezidenti Nursultan Nazarbayev Xәzәrin böyük imkanlara
malik bir dәniz olduğunu deyәrәk, onun potensiallarından
düzgün istifadә olunması barәdә öz fikirlәrini paylaşıb:
“Xәzәrin hüquqi statusunu müәyyәn etmәzdәn әvvәl, qarşılıqlı
iqtisadi әlaqәlәrin әsasını qoymaq olar. Tәklif edirәm, azad Xәzәr
ticarәt zonası yaradılsın. Hәmçinin beynәlxalq hüquq çәrçivәsindә
Xәzәr dәnizindәn digәr böyük sulara vә okeana sәrbәst giriş-
çıxış әldә etmәk olar”. Rusiya lideri isә Qazaxıstanda keçirilәcәk
növbәti sammitdәn öncә sahilyanı dövlәtlәr tәrәfindәn
Xәzәrin hüquqi statusunu müәyyәn edәcәk konvensiyaya
dair razılıq әldә olunacağına ümid etdiyini bildirib.

Dünyanın әn böyük daxili dәnizinin bölünmәsindә 5
sahilyanı dövlәt arasında fikir ayrılıqları uzun müddәtdәn
bәri mövcud idi. Sahilyanı xәtlәrinin uzunluğu әn az olan
İran hәr bir ölkәnin, istәr dәnizin dibi, istәrsә dә sәthi
olsun, – bәrabәr sahәyә yiyәlәnmәsi fikrinә tәrәfdardır.
Rәsmi Tehran, hәmçinin dәnizin dibindә tikinti işlәrinin,
daha dәqiq desәk, boru kәmәrlәri inşasının da bütün
sahilyanı dövlәtlәrin razılığı ilә aparılmasını tәlәb edir.
Rәsmi Moskva isә, Mәrkәzi Asiyanın enerji daşıyıcılarını
Avropa ilә birlәşdirәn, Rusiyaya mәxsus quruda çәkilmiş
boru kәmәrlәrinin müdafiәsi üçün dәnizin dibinin orta
xәtt prinsipi әsasında bölünmәsinә vә qonşu suların sahilyanı
dövlәtlәrin ümumi istifadәsinә verilmәsinә tәrәfdardır.
Rәsmi Tehranın istәyinә zidd olan, lakin rәsmi Bakı vә
rәsmi Aşqabad tәrәfindәn dәstәklәnәn bu prinsipә әsasәn,
Qazaxıstan 28.4%, Azәrbaycan 21%, Rusiya 19%, Türkmә-
nistan 18% vә İran 13.6% әraziyә yiyәlәnәcәk.

115
   110   111   112   113   114   115   116   117   118   119   120