Page 11 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 11
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

yerinә yetirilmәsi vә tәrәflәrin öz üzәrlәrinә götürdüklәri
hüquqi, kommersiya, maliyyә öhdәliklәri mәsәlәlәri dә bu
sәnәddә әksini tapmışdı.

“Bakı-Novorossiysk” neft boru kәmәri 1997-ci ilin
noyabrından Azәrbaycan neftini Rusiya әrazisi ilә xarici
bazara çıxarmağa başlamışdı. “Şimal marşrutu” kimi
tanınan, illik ötürmә qabiliyyәti 17 milyon ton, uzunluğu
1411 km olan bu neft kәmәrinin çәkilmәsinә o vaxt 600
milyon ABŞ dolları mәblәğindә sәrmayә qoyulmuşdu.

Azәrbaycan neftinin dünya bazarlarına çıxarılmasında
alternativ boru kәmәri kimi çıxış edәn “Bakı-Novorossiysk”
kәmәri vasitәsilә hәr il bir neçә milyon ton xam neft nәql
edilir. Belә ki, 2005-ci ildә 4,1 milyon, 2006-cı ildә 4,6
milyon, 2007-ci ildә 2,1 milyon, 2013-cü ildә 1,75 milyon
ton Azәrbaycan nefti bu boru kәmәri vasitәsilә dünya
bazarlarına çatdırılmışdır. Getdikcә istifadәsi az әhәmiyyәtli
görünәn bu marşrutla, 2014-cü ilin oktyabr ayının yekunlarına
әsasәn, 0,8 milyon ton xam neft ixrac edilmişdir.

“Bakı-Supsa” neft kәmәri

Azәrbaycanın yeni neft strategiyasının tәrkib
hissәlәrindәn biri dә neft marşrutlarının alternativliyinә
nail olmaq idi. Neft marşrutlarının alternativliyi Azәrbaycanın
hәr hansı bir konkret dövlәtdәn iqtisadi asılılığına son
qoymalı, ölkәnin seçim imkanlarını şaxәlәndirmәyә
yönәldilәrәk, xalqın milli mәnafeyinә cavab vermәli idi.
Bu mәqsәdlә dә, “Əsrin müqavilәsi”nin icrası üçün bir
neçә marşrutda neft boru kәmәrinin inşası vә istifadәyә
verilmәsi nәzәrdә tutulurdu. Bu marşrutlardan biri dә
“Bakı-Supsa” neft kәmәri idi. “Bakı-Supsa” neft kәmәri
haqqında müqavilә 1996-cı ilin martın 6-sında Tiflisdә
imzalanmışdı. 565 milyon ABŞ dolları dәyәrindә olan bu
kәmәrin uzunluğu 830 km, illik ötürmә qabiliyyәti 5,1
milyon ton, gündәlik ötürmә gücü 115 min bareldir. Boru

11
   6   7   8   9   10   11   12   13   14   15   16