Page 51 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 51
Ãàñûì áÿé Çàêèð

Keçdi növbәti-zimistan, 51
Yenә fәsli-bahar oldu.
Әndәlibi-binәvanın
Sәnәti ahü zar- oldu.

Yasәmәnü gülü lalә
Bir çәmәndә qurub halә;
Әrğәvan tutub piyalә,
Nәrgis içib xumar oldu.

Әmr olundu, abi-nisyan,
Cansızlara bәxş etdi can;
Yenә tәzәlәndi dövran,
Nә gözәl ruzigar oldu!

Sәbzpuş olub çәmәnlәr,
Qaldıdı hәr şükufә sәr.
Oyan, ey bәxti-bixәbәr,
Yatan hamı bidar oldu.

Әlac oldu hәr bimarә,
Tapıldı dәrdinә çarә.
Elә, hәsrәt qalan yarә
Zakiri-dilfikar oldu.

***

Nә müddәtdir dost yolları
Bağlanıbdır, xәbәr gәlmәz.
Nә bir namә, nә bir qasid,
Heç biri, müxtәsәr gәlmәz.

Yazaram, eylәrәm minnәt,
Gah aşikar, gahi xәlvәt.
Yәqinimdir o bimürvәt
Hәqdi, gәllәm deyәr, gәlmәz.
   46   47   48   49   50   51   52   53   54   55   56