Page 46 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 46
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

***

Mәn cahan mülkündә, mütlәq, doğru halәt görmәdim,
Hәr nә gördüm, әyri gördüm, özgә babәt görmәdim.
Aşinalar ixtilatında sәdaqәt görmәdim,
Biәtü iqrarü imanü dәyanәt görmәdim,
Bivәfadan lacәrәm, tәhsili-hacәt görmәdim.

Xah sultan, xah dәrvişü gәda bilittifaq,
Özlәrin qılmış giriftari-qәmü dәrdü fәraq,
Cifeyi-dünyayәdir hәr ehtiyacü iştiyaq,
Munca kim, etdim tamaşa, sözlәrә asdım qulaq,
46 Kizbü böhtandan sәvayı bir hekayәt görmәdim.

Hәr sәdavü sәs ki, dünyaya dolub әksәr әqәl,
Cümlә mәkrü alü fәnnü fitnәdir, cәngü cәdәl,
Dirhәmü dinar üçündür hәr şeyә yapışsa әl,
Müqtәdilәrdә itaәt, müqtәdalәrdә әmәl,
Bәndәlәrdә simü bәylәrdә әdalәt görmәdim.

Xәlqi-alәm bir әcәb düstur tutmuş hәr zaman,
Hansı qәmli könlü kim, sәn edәr olsan şadiman,
O sәnә, әlbәttә ki, bәdguluq eylәr, bigüman,
Hәr kәsә hәr kәs ki, etsә yaxşılıq, olur yaman,
Bulmadım bir dost ki, ondan bir әdavәt görmәdim.

Alimü cahil, müridü mürşidü şagirdü pir,
Nәfsi-әmmarә әlindә sәrbәsәr olmuş әsir,
Hәqqi batil eylәmişlәr, işlәnir cürmi-kәbir,
Şeyxlәr şәyyad, abidlәr abusәn qәmtәrir,
Hiç kәsdә hәqqә layiq bir ibadәt görmәdim.

Hәr kişi hәr şey ki, sevdi, onu behtәr istәdi,
Kimi tәxti, kimi taci, kimi әfsәr istәdi.
Padşahlar dәmbәdәm tәsxiri-kişvәr istәdi,
Eşqә hәm çox kimsә düşdü vәsli-dilbәr istәdi,
Heç birindә aqibәt, bir zövqü rahәt görmәdim.
   41   42   43   44   45   46   47   48   49   50   51