Page 49 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 49
Ìîëëà Ïÿíàù Âàãèô
Günbәgün könlümün artır qubarı,
Pәrişandır, tapmaz o qәmküsarı,
Ölsün, itkin olsun belә әğyarı,
Gәzmәsin arada yaman, bәri bax!
Çox çәkir hicrini Vaqifi-xәstә
Leylü nahar, şamü sәhәr peyvәstә,
Ey yanağı lalә, lәblәri püstә,
Ağzı nabat, şәkkәr zәban, bәri bax!
*** 49
Ağla gözüm, ayrılırsan canandan,
Hәr kәsi ki, görsәn, şikayәt еylә!
Öldün gеtdin, bәlkә, yarı görmәdin,
Kәbәyi-kuyini ziyarәt еylә!
Sәn mәnim cananım, ruhi-rәvanım,
Lәblәri şirinim, qönçә dәhanım,
Bir saat görmәsәm, tuti zәbanım,
Qоpacaq başıma qiyamәt еylә!
Vaqif bir şеydadır, dоlanır bağı,
Xәstәdir, dәrmanı – dilbәr dоdağı.
О alma yanağı, büllur buxağı,
Allah, bәdnәzәrdәn sәlamәt еylә!
`
Günbәgün könlümün artır qubarı,
Pәrişandır, tapmaz o qәmküsarı,
Ölsün, itkin olsun belә әğyarı,
Gәzmәsin arada yaman, bәri bax!
Çox çәkir hicrini Vaqifi-xәstә
Leylü nahar, şamü sәhәr peyvәstә,
Ey yanağı lalә, lәblәri püstә,
Ağzı nabat, şәkkәr zәban, bәri bax!
*** 49
Ağla gözüm, ayrılırsan canandan,
Hәr kәsi ki, görsәn, şikayәt еylә!
Öldün gеtdin, bәlkә, yarı görmәdin,
Kәbәyi-kuyini ziyarәt еylә!
Sәn mәnim cananım, ruhi-rәvanım,
Lәblәri şirinim, qönçә dәhanım,
Bir saat görmәsәm, tuti zәbanım,
Qоpacaq başıma qiyamәt еylә!
Vaqif bir şеydadır, dоlanır bağı,
Xәstәdir, dәrmanı – dilbәr dоdağı.
О alma yanağı, büllur buxağı,
Allah, bәdnәzәrdәn sәlamәt еylә!
`