Page 52 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 52
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Hәrdәm artırır qәzәbin,
Soruşan yoxdur, sәbәbin;
Yad etmәkdәn lәli-lәbin
Döndü qanә cigәr, gәlmәz.

Xәbәr aldım dönә-dönә,
Yar qәhrin çәkәn kimsәnә,
Әlhәqq, çox dedi genә;
Bivәfadәn sәmәr gәlmәz.

Lütf eylә Zakiri-zarә,
Baxma tәneyi-әğyarә,
52 Qiyamәt qopsa, xublarә
Aşiqindәn zәrәr gәlmәz.

***

Badi-sәba, mәnim dәrdi-dilimi
Ol büti-zibayә dedin, nә dedi?
Ahü nalәm asimana yetdiyin
Gәrdәni minayә dedin, nә dedi?

Düşüb ayağına sәn o zalımın,
Söylәdinmi necәliyin halımın?
Onun hәsrәtindәn rәngi-alımın
Döndüyün heyvayә dedin, nә dedi?

Görsә idin varmı mәni-bimarә
Nüsxeyi-hüsnündә onun bir çarә;
Dildә iztirab, tәndә buxarә,
Sәrimdә sevdayә dedin, nә dedi?

Ğәm әlindәn payi-bәstә olduğum,
Halpәrişan, dilşikәstә olduğum,
Bәstәri-möhnәtdә xәstә olduğum,
Gözlәri şәhlayә dedin, nә dedi?
   47   48   49   50   51   52   53   54   55   56   57