Page 54 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 54
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

***

Qadir Allah bir dә sәbәb salaydı,
Bәyaz cәbinindә tağı görәydim.
Sürtәydim üzümü gülgәz yanağә,
Siyah zülfü, tәr buxağı görәydim.

Sәs-sәsә verәydi hәzarә, bülbül,
54 Düşәydi payinә bәnәfşә, sünbül;

Xuraman-xuraman, әllәrindә gül
Gәzәydik hәr tәrәf bağı, görәydim.

Bu dövran dolanıb, zәmanә dönә,
Tarının kәrәmi olaydı mәnә;
Oturub sәninlә dizbәdiz yenә
Deyib, gülüb, danışmağı görәydim.

Dәrdü qәm çәkmәkdәn qan olub cigәr,
Gәtirәn yox nazlı yardan bir xәbәr;
O qәdәrә ölmәyәydim, müxtәsәr,
Yenә o gördüyüm çağı görәydim.

Zakirәm, çәkәrәm cövrü cәfanı,
Yadlar ilә sürәr zövqü sәfanı;
Nә gәrәk sevәydim ol bivәfanı,
Nә dә belә hicran dağı görәydim.
   49   50   51   52   53   54   55   56   57   58   59