Page 431 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 431
Tahir Aslanlû

“Olana çarә yox” – dәrd olan kimi, 431
“Keçәnә güzәşt” dә cinayәt olsun!
Yanmaq öyrәnmişik astadan, pәsdәn,
Millәtin quruca adı qalıbdır.
Vәtәnin qәdrini bilmәyәn kәsdәn
Qәhrәman olmayıb, qorxaq olubdur.

Tuşlanıb üstümә qapqara bir daş –
Qoymaram o mәnim dizimә dәyә.
Dar gündә kömәyә yetmәyәn qardaş,
Gәlәr mey içmәyә, kabab yemәyә.

Paslı qılınclar da yırtacaq qını;
Bürünür Tәbrizi vuruş havası.
Arazdan bu tayda millәt qırğını,
Arazdan o tayda pambıq davası.

Bir yanda göz yaşı, bir yanda çalğı,
Xeyri şәr kürkünә soxmaq çәtindir.
Özgә buyruğuyla bölünәn xalqı
Tәzәdәn bir yerә yığmaq çәtindir.

Çıxart mәni yadından

Orda sәni haraylayan tapılmaz,
Sәsin çatmaz bir kimsәyә o evdәn.
O oğlan da daha hissә qapılmaz,
Başqa yerdә xumarlanar bir kefdәn...
O vaxt mәnә tәsәlli dә sәn idin,
O illәrin üzü bir az qaraydı.
Onda sәnin rәqibin dә yox idi,
Gәlib mәnim qabağımda duraydı.
İndi yayın atılmağa ox gәzәr,
Tapılmasa, heç ummaram gәdadan.
Görüb mәni üz çevirmәk... çox gözәl,
Çıxart görüm, çıxart mәni yadından.
   426   427   428   429   430   431   432   433   434   435   436