Page 429 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 429
Tahir Aslanlû

Burda doğulmuşam... 429

Gәldim kәndimizә üç-dörd günlüyә;
Cavanlar üzümә qınayır mәni.
Yamaclar tanımır, bağlar tanımır,
Qocalar sonradan tanıyır mәni.

Yollar uzaq düşüb, tale qarışıq;
Mәnә nә olursa, vaxtında olur.
Bәzәn vaxt tapmıram. Gizli deyil ki,
Gәlmәk istәmәyәn vaxtım da olur.

İndi darıxmışam, әrklә gәlmişәm;
Nәdir bu lal sükut? Bir söz desәnә.
Niyә tanımırsan, a doğma kәndim,
Bәlkә, pasportumu göstәrim sәnә?..

Ağlaya bilmәyәn kişilәr dә var

Bәzәn tutmaq olmur, qaytarmaq olmur
Taleyә, ömürә atılan daşı.
Ürәk dәmir deyil, ürәk daş deyil,
Göz dә Günәş deyil qurutsun yaşı.
Dәrmanla hәmişә saxlamaq olmur,
Çәkib çıxardırlar ağrıyan dişi.
Hәtta daşların da dağlayanı var,
Axı kim deyir ki, ağlamaz kişi?!
Taleyin dartılmış yayından çıxıb,
İlindәn, günündәn, ayından çıxıb,
Vәtәndәn uzaqda, eldәn uzaqda,
Bir ovuc torpağa, bir içim suya,
Çiçәyә, günәşә, yağışa hәsrәt
Ağlayan kişilәr yaşayır hәlә...

Vaxtsız ölümlәrin vaxtı çatanda,
Bәxtsiz yetimlәrin bәxti yatanda,
   424   425   426   427   428   429   430   431   432   433   434