Page 434 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 434
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Fәlәkdәn qabaq

Bizim göbәyimiz belә kәsilib,
Qәmә bürünmüşük bәlәkdәn qabaq.
Anamız qorxudub, hәr ağlayanda,
Cini tanımışıq mәlәkdәn qabaq.

Torpaqdan duymadıq gülün әtrini,
Dostdan uca tutduq yadın xәtrini.
Od oğlu, bilmәdik odun qәdrini,
Söndü ocağımız külәkdәn qabaq.

Bu da bir ömürdü, axırı yoxdu
434 Papağı gedәnin abırı yoxdu.

A bala, fәlәyin taqsırı yoxdu,
Biz elә belәydik, fәlәkdәn qabaq.

Dәrd

Harda qaçıb gizlәnirәm,
soraq-soraqnan gәlir.
Dәrd bizә qonaq gәlәndә,
arvad-uşaqnan gәlir.

Hәr sözümә dodaq büzür,
dediyimi bәyәnmir.
O, mәnim özümü yeyir,
yediyimi bәyәnmir.

Әlini uzatma mәnә,
canım sәnә sadağa.
Dәrdim körpә uşaq kimi,
getmәz özgә qucağa.
   429   430   431   432   433   434   435   436   437   438   439