Page 436 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 436
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Niyә belәdi?

Bu yurd sahibsiz bağ boyda,
Әldә gәzir yumaq boyda.
Onsuz da dәrdi dağ boyda,
Azarı niyә belәdi?

Zәhmi çox, Kiçik çillәnin,
Sayı yox, dәyәn şillәnin.
Goruna and içilәnin
Mәzarı niyә belәdi?

436 Qızıl hәsәd çәkir misә,
Fәrq yoxdu yaxşıyla pisә.
Xalqın gözü tәrәzisә,
Bazarı niyә belәdi?

Qәbirin içindә yazılmış şeir

Uzanmışam boş otaqda,
nә mәktub var, nә zәng sәsi.
Elә bil ki, hamı köçüb,
mәn dünyanın gözәtçisi.

Üzü qiblәyә tәrәfәm,
ümidim bu küçәyәdi.
Eh, bir az zәhәr olseydi,
gör qramı neçәyәdi?

Burnuma gül iyi gәlir,
әklilmi, güldәn bağlanıb?
Ay qapımı döyәn, kimsәn?
açginәn, çöldәn bağlanıb…
   431   432   433   434   435   436   437   438   439   440   441