Page 357 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 357
mayıb Davud Nÿsib

Gec açılan tez solub, 357
Güldә tәpәr qalmayıb.
Sinәm kәdәrlә dolub,
Sevincә yer qalmayıb.

Qәm kәdәrә calanıb,
Aran, arana hәsrәt.
Dağ üstә dağ qalanıb,
Dağlar borana hәsrәt.

Deyәn yoxdur bәs nәdәn
Dünya yaman qarışır?
Niyә qabaqda gedәn
Niyә dalda danışır?

Dәli könül, ağlama,
Yaş bәbәkdә sozalıb.
Yada ümid bağlama,
Dosta inam azalıb.

Sellәrin axışına
Dözmәyib, daş göyәrir.
Mәrdin şax baxışına
Namәrdin gözü dәyir.

Saçların qırov-qar ki...
Duman alıb, çәn alıb.
Bircә tәsәllim var ki,
Nә yaxşı ürәyimdә
Torpağın odu qalıb.
   352   353   354   355   356   357   358   359   360   361   362