Page 352 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 352
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Divar

Bir dәfә
Dәsmal olsaydın göz yaşına,
İslana bilsәydin,
Sevinә bilsәydin,
Ağlaya bilsәydin bir dәfә –
Sәnә bir nağıl danışardım.
Keçәrdim taqsırından,
Sәnә bir nağıl danışardım;
Quca bilsәydim belini, soyuqluğunu,
Sәnә bir nağıl danışardım;
Divar olmasaydın...

352

Döyülmәyib ölәn qapı

(Köhnə qapımıza ağı)

Bu üzündәn döyәni yox,
O üzündәn açanı.
Zaman qoymur
O üzündәn bu üzünә keçәni.

O üzündә bir ev qaldı –
iki göz.
Beşcә körpә – tifil qaldı
diri göz.
Nağılları qıpqırmızı,
Yağışları upuzun.
Sapsarıydı payızı.
Qış gecәsi –
yuxusuzdu әn azı...
Döyülmәyib ölәn qapı,

Kürәyini dirәyiblәr divara;
Nәm zirzәmi,
Soyuq divar,
   347   348   349   350   351   352   353   354   355   356   357