Page 349 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 349
Tofiq Abdin

*** 349

Ölәndәn sonra,
çox demirәm,
bir azacıq üşüyә bilsәydim
qışda
canım bir azcıq isinsәydi
yayda
ölәndәn sonra darıxmaya bilsәydim
o tәnhalıqda
ah... bir oyana bilsәydim
hәr sabah

oyandığım kimi Dan üzü
gәlib öpә bilsәydim
balalarımın üzündәn
ruhum bir duman olub
keçsәydi Muğan düzündәn
oyana bilsәydim
bir daha ölmәzdim, düşünürәm...
   344   345   346   347   348   349   350   351   352   353   354