Page 344 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 344
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

soldan qorxdu.
O elә bil
mötәrizә arasında
qorxu dolu qoruqdu...

Yeri orta, yurdu orta,
ölәcәyi gün
344 ölmәk istәrdi günorta.

Qorunmaqçün soyuqdan
geyinәrdi, bәlkә dә,
üç qat, beş qat mötәrizә.

Bir gün tabut gәrәk oldu –
mötәrizә açıldı.
Qapadılar tabutu –
bağlandı mötәrizә.

Hesab kitablarında
ona abidә kimi
saxlandı mötәrizә!..
   339   340   341   342   343   344   345   346   347   348   349