Page 343 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 343
da su ßëÿêáÿð Ñàëàùçàäÿ
çala-çala şappıldadı,
bir at keçdi – 343
daş sükutu çala-çala.
Qaranlıqda
bu nә әsr, bu nә sirdi?!

Bir gecәni yara-yara,
ayaqları
nal qapaqlı nalә kimi
açıla-açıla,
daş sükutu çala-çala
bir at keçdi.
Bәlkә,
Qıratdı, keçdi?!.

Mötәrizә nağılı

O yaşadı öz alәmi,
öz iqlimi içindә.
O yaşadı bir rәng kimi
öz qәlәmi içindә.
O yaşadı mötәrizә içindә!

Sәhәr –
mötәrizә açıldı.
Axşam –
qapandı mötәrizә.

Gördü, eşitdi – susdu;
mötәrizә dodaqların bir-birinә
yapışmağı möcüzә.

Sağ mötәrizә,
Sol mötәrizә.
Sağdan çәkәri oldu,
   338   339   340   341   342   343   344   345   346   347   348